Xəbərlər

Ənənə Boğçası – Haputlular #2 31.07.2021

Haputlular, haputlar və ya hapıtlar — Azərbaycan Respublikasıda Şahdağ milli etnik qrupunun nümayəndələri.

Haputlular Qafqaz mənşəli, Qafqaz xalqlarının Nax-Dağıstan qrupunun Şahdağ yarımqrupuna aid bir xalqdır. Əsasən Quba, Xaçmaz, Qəbələ, İsmayıllı, Ağdaş rayonlarında və Bakı, Sumqayıt şəhərlərində yaşayırlar. Kompakt halda Quba rayonunun Haput, İsmayıllı rayonunun Talıstan, Hacıhətəmli, Hapıtlı və Mollaisaqlı kəndlərində məskunlaşmışlar. Füzuli rayonunun Saracıq kəndində də gəlmə tayfalardan biri hapıtlılardır.

Qafqaz dil ailəsinə mənsub Haput dilində danışırlar. Qiyasəddin Qeybullayev qeyd edir ki, Qafqaz Albaniyasının sakinləri olan herlər indiki haputluların ulu əcdadıdır. Haputlular özlərini indi də “hər” adlandırırlar. Dindarları müsəlmandır. XIX əsrin 80-ci illərinə aid bir sənəddə haputluların sayı 997 nəfər göstərilirmişdir

Bizim Kanallar :

Xəzər Media ►
Xəzər Music ►
Xəzər Film ►
Xəzər Xəbər ►
Dalğa TV ►
Telegram Kanalımız ►

#xezermedia #enenebogchasi #Quba

  • Ad: Gulu SüleymanovaŞərh: Bibioglu 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
  • Ad: Nuray MemmedliŞərh: vin hele mehlece yevin?
  • Ad: Nuray MemmedliŞərh: ele duz tapmisiz!! braziliyadi!!
  • Ad: Алик МахмудовŞərh: Bura Azerbaycandir yoxsa Braziliya???
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.