Xəbərlər

Ən yaxşı mühafizə olunan prezidentlər – Baku TV

Ən yaxşı mühafizə olunan prezidentlər – Baku TV

Prezidentlərin sevənləri olduğu kimi sevməyənləri də çoxdur. Elə bu səbəbdən liderlərin qorunması ölkə üçün böyük əhəmiyyət kəsb edir.

Görək dünyanın ən yaxşı mühafizə olunan liderləri arasında kimlərin adı var.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan – Siyahımıza qardaş ölkənin prezidenti ilə başlayırıq. Dünyanın ən çox təhdidlərə məruz qaldığı iddia olunan Türkiyə lideri sözün əsl mənasında ətdən bir divarla qorunur. Ərdoğanın səyahətlərindən əvvəl gedəcəyi yerə 3 min mühafizə təhkim olunur. “Mercedes S 600” avtomobili ilə səyahət edən Türkiyə Prezidentini onlarla zirehli avtomobil müşayiət edir. Titanium və poladla örtülü bu maşın güllə keçirmir və partlayışlara dözümlüdür, kimyəvi hücumların da öhdəsindən gəlir. Çünki çöldəki havanı içəri sızdırmır.

Şimali Koreya lideri Kim Çen In
Diktatorun qorunması digər liderlərdən bir qədər fərqlidir. Çünki Kimin mühafizəçiləri yol boyunca avtomobilin yanı ilə qaçır. Ancaq təbii ki, hər şey bu qədər sadə deyil. 3 fərqli mühafizə sahəsindən ibarət olan bu sistem ordu sıralarından seçilən mühafizəçilərdən təşkil olunur. Seçilən şəxslər isə Kim Çen In ilə eyni boyda olmalıdır. Həmçinin onlar Şimali Koreya liderinin yeməyini və içkisini, eyni zamanda siqaretini də əvvəlcədən test edirlər.
Rusiya Prezidenti Vladimir Putin

90 avtomobildən ibarət korteci ilə diqqət çəkən Rusiya lideri dünyanın ən yaxşı mühafizə olunan prezidentlərindən biridir. Putinin səyahəti zamanı keçəcəyi bütün yollar bağlanır, parkinq edən bütün avtomobillər yığışdırılır. Qərargahının yanındakı bütün hündürmərtəbəli binaların damına isə snayperlər yerləşdirilir. Korteci isə səmadan polis helikopterləri izləyir.

Çin Xalq Respublikasının Prezidenti Si Cinpin
Təsəvvür edin ki, etdiyi bütün səyahətlərdə onu səmadan qırıcı təyyarələr müşayiət edir. Təyyarə ilə etdiyi səyahətlərində isə 8 qırıcı təyyarə onu izləyir. Təxminlərə görə, çinli lideri qoruyan 1 milyondan çox mühafizəçi var. Əyləşdiyi Çin istehsalı olan limuzin isə əlbəttə ki, güllə keçirmir və istənilən təzyiqə davamlıdır.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Elizabet
Kraliçanın şöhrəti hər kəsə məlumdu. Elə buna görə də onun mühafizəsi mühüm əhəmiyyət kəsb edir. Elizabetin rəngarəng geyinməsi heç də dəblə bağlı deyil. Daha çox mühafizəçilərin onu izdihamın içərisində tez tapması üçündür. 185 nəfərdən ibarət əsas mühafizəçilər bir siqnalla bir andaca hər təhlükəyə hazır vəziyyətə gəlirlər. Maşını digər liderlər kimi mükəmməl qorunmaya sahib olmasa da, bu avtomobili özəl edən məhz elə Elizabetlə bağlıdır. Belə ki, bu avtomobil kraliçanın taxta çıxmasının 50-ci ilinə özəl olaraq istehsal edilib

Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.

Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.

Facebookda səhifəmiz:

Kanalda bütün müəllif hüquqları qorunur.

#BakuTv #Azerbaycan #trend

  • Ad: КОМЕНТАРИЙ КОНТЕНТУŞərh: Elizabeti hec qorumasalarda hec kimin onunla işi olmaz.
  • Ad: RidersŞərh: kişi kesin mühafizesi olmamalidir xalqin önüne çixmalidir xalq onun mühafizesi olmalidir eyer o adamda kişilik varsa
  • Ad: Кифайат ГашимоваŞərh: Дунянын ен дейерли президенти... Биз оз олкемизин президентин билирик... Аллах горусун бизим Илхамы... АМИН...
  • Ad: Elnur SadıqovŞərh: Ən böyük qoruyucu Allahdır👆
  • Ad: crazy MegaAetherŞərh: Kim çen delidir
  • Ad: Сабухи ЭльдаровŞərh: Ətdən divar, bu nə deyir əəəə! İnsandan çəpər de nə bilim canlı divar, yoxsa ətdən divar yox bir instrumentim ətdəndi o oxuyan qadın kim idi onu demişdi
  • Ad: Автандил ОгненныйŞərh: Эрдоган лучший
  • Ad: Natik SeydayevŞərh: Ordan burdan reportajlar gotrub, tercume edib paylasirsizda
  • Ad: Guseyn GŞərh: Yeqin amerika prezidenti NIVA da gezir bes oncu da siyahada adi yoxdu😂😂😂😂 gicsiniz ala siz? Dunyanin en cox qorunan prezidenti bes ele siyaha qatmadiginiz ABS prezidentidi, onun masini kimi masin dunyada yekdi🤦‍♂️
  • Ad: Namiq EliyevŞərh: Əcəli gələndə hec kim onlari qoruya bilməyəcək
  • Ad: Yadigar MesimovŞərh: Bess bizim ki?
  • Ad: Gurdad XıdırovŞərh: Mence 2 si var erdogan ve ilham👍👍👍
  • Ad: YadigarŞərh: Qısa və maraqlı video 🙂🇦🇿🇦🇿🇦🇿
  • Ad: Vuqar PanaxovŞərh: Ölüm Allahin Emridir. Hec bir yaradilish bundan qaca bilmeyib.
    Bunlar ise guya tedbirdi.Bir insan Ölmelidisea ölecek Öldurulmelidise Öldurulecek. Saat ferqleri var ancaq.
  • Ad: Murad MamedovŞərh: Nə əcəb bizim Dadaşbalanı salmıyıblar balam. Bağlanar kanal.
  • Ad: Telli HusseinazizŞərh: ❤️❤️❤️❤️
  • Ad: Олег КирейŞərh: 🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿💪💪👊👊👊👊👊
  • Ad: Rüstəmov AminŞərh: Yaşasın Erdoğan ve İlham Eliyev
  • Ad: Чингиз ХанŞərh: Dəmirdən kostyum belə geyinsələr əcəldən qaça bilməzlər
  • Ad: N. Ramisgızı KarabağŞərh: MARAQLI OLAN ERDOĞANI QORUSUNLAR GERİSİ YANSADA OLAR
  • Ad: Aybeniz IbrahimzadeŞərh: Birinci yerde bizim Prezidentdi
  • Ad: R.ZŞərh: Bir qotur itim var hara gedirəm mənimlə gedir.bu it də mənim mühafizəcimdir.
  • Ad: GREAT TURANŞərh: Dünyanın bir nömrəli dövləti ABŞ prezidentinin qorumaları ilk beşlikdə belə deyil. Kasıb Ağ ev. 🤦🤣
  • Ad: Танзила НуриеваŞərh: En gozel Prezdent, İlhan Eliyev!
  • Ad: Xəzangül NiftalıyevaŞərh: Mən öz Prezidentimlə fəxr edir, qürurlanıram.Müharibədə alimlə alim kimi, müxbirlə müxbir kimi, Prezidentlə Prezident kimi, hərbiçiylə hərbiçi kimi danışırdı, bunu təkcə mən yox, bütün millətini,xalqını istəyənlər görürdü və görür.
  • Ad: elcin ibrahimliŞərh: Dikdayrlar yaxşı qornur
  • Ad: Bilal BilallıŞərh: Bunu hazirlayanda daha cox arasdirin. Elizabeth prezident deyil ve siyasi qerarlar vermir. Olkenin tarixine hormet ucun saxlanilmis fiqurdur. Ingiltere bas naziri bu videoya elave edile bilerdi.
  • Ad: İsmayil AgayevŞərh: Allah ərdoğanı ilhamı qorusun 🙏🙏🇦🇿🇹🇷🙏🙏
  • Ad: Deniz EliyevaŞərh: Dünyanin en savadli prezidenti İlham Eliyevdi 🇦🇿🇦🇿
  • Ad: İsveç GünləriŞərh: Kim ə nətər diktator dedi😁
  • Ad: Ilhamla ireli 🥰Şərh: Noldu ilham elitevi pisdiyrdiz .hec 10 muhavize hemin olar ... israfciliq etmir..gorsuz prezdentler nece qorunur
  • Ad: Gaming oŞərh: Almanyanin kansleri axşam tək başina girib marketə cörəkni alib gedir evinə. Sadəlik budu
  • Ad: Altay MehdiyevŞərh: Neden muhavize edilselerde Allahin gonderdiyi Melekden Hz.Ezrayil melekden qacmaq mumkun deyil....
  • Ad: Эльшат МурадовŞərh: Аллахдан башга хамсы яландыр.
  • Ad: Seymur YerazŞərh: Yaxsi Prezident Oz Olkesinde Bu qeder Muafseye eytiyac olmaldir bucuye Qenayet edilemeldi israfcliqdi bu cur Prezitend muhafise edilmesi.
  • Ad: ALI XalilzadeŞərh: 1:18 bunaabaaax hamisinin basi kimindi😂
  • Ad: DeryaŞərh: Cox maraqli xeber
  • Ad: Nicat NuriyevŞərh: ƏN SADƏ PREZİDENT GÜRCÜSTANIN KEÇMİŞ PREZİDENTİ MİXAİL SAKAŞVİLİ İŞƏ TAKİSYLƏ BİRDƏ AVTOBUSLA GEDİRDİ HEYİF O PREZİDENTDƏN İNDİ GÜRCÜLƏR PEŞMAN OLUBLAR 🇬🇪
  • Ad: Гюнай АгаеваŞərh: En Gozel Prezident Ilham Eliyevdir vessaalam👍
  • Ad: AUTO__BLOGGERŞərh: 1 milyon mühafizəçi ona büdcə dözər 😱😱😱😱
  • Ad: Elvin PasayevŞərh: Dunyada 10 en yaxşı qorunan Prizident varsa biride İlham Əliyevdir
  • Ad: Əli MəmmədliŞərh: Məncə dünyanın ən yaxşı qorunan prezidenti İlham Əliyevdir çünkü o bir yerə getməzdən əvvəl gedəcəyi yerə çıxan hər bir yolu bağlayır quşların belə uçmasına icazə vermir... nə də olsa bu ölkədə bütün vəzifəlilər özlərini göydən səbətlə enmiş varlıqlar hesab edirlər.
  • Ad: Eldar AbdullayevŞərh: Çin 1000000 mühafizəçi azdı ki.... 🤣
  • Ad: Turan MuradzadeŞərh: Youtubeda bele videolar yuzlerledi. Bu xeber deilki:))
  • Ad: Vivas OfficialŞərh: BİZİMKİNİ NİYE YAZMAMISIZ SİYAHIYA SEHER 12 DE DURUR YUXUDAN GECEDEN BAĞLANIR YOLLAR 😀😀😀
  • Ad: Elmir EliyevŞərh: He ne olsunki
  • Ad: CraZy FoXyŞərh: yaltagla bawliyrsiz!! bele deyn duz olsun!
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.