Ərə verilən 15 yaşlı qızın qardaşı “Baku TV”yə danışdı
-
- Xeber
- 120 baxış
- 0 şərh
Ərə verilən 15 yaşlı qızın qardaşı “Baku TV”yə danışdı
Şəkidə 15 yaşlı qız ailə qurub.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Hadisə Şəkinin Kiçik Dəhnə kəndində baş verib. Müşkinaz adlı yeniyetmə Bakının Maştağa kəndinə 30 yaşlı şəxsə ərə verilib.
Daxili İşlər Nazirliyinin mətbua xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Baku Tv-nin əməkdaşları Kiçik Dəhnə kəndində olub, məsələnin təfərrüatlarını araşdırıb.
10 min nəfərə yaxın əhalisi olan kəndin sakinləri baş verən hadisə ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Məsələ ilə bağlı Kiçik Dəhnə kənd icra nümayəndəliyindən şifahi olaraq bildirilib ki, hadisədən bu səhər xəbərləri olub və icra nümayəndəliyində heç bir rəsmi nikahla bağlı qeydiyyat aparılmayıb.
Yeniyetmənin qardaşı həmin videogörüntülərin çəkildiyi evdə olsa da, müsahibə verməkdən imtina edib.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend