Ərdoğanın köməkçisindən Şeyxülislama cavab – Baku TV
-
- Xeber
- 162 baxış
- 0 şərh
Ərdoğanın köməkçisindən Şeyxülislama cavab – Baku TV
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi Mücahit Küçükyılmaz Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin bir neçə gün əvvəl “Bizi Qarabağdakı zəfərə Xameneyinin fətvası apardı” fikrinə münasibət bildirib.
O, bununla bağlı “Twitter” hesabında paylaşım edərək belə yazıb:
“Xameneyi Ermənistana silah göndərərkən, Azərbaycan üçün də fətva göndəribmiş. Amma Xameneyinin fətvası Xameneyinin silahını məğlub edib”.
Qeyd edək ki, Hacı Allahşükür Paşazadənin iyulun 21-də bayram namazından sonra səsləndirdiyi bəyanat müzakirələrə səbəb olub.
O bildirib ki, Ayətullah Xameneyinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend