Xəbərlər

Ərdoğanla İrakli Qaribaşvili arasında telefon danışığı – Baku TV

Ərdoğanla İrakli Qaribaşvili arasında telefon danışığı – Baku TV

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı İ.Qaribaşvili Türkiyədə baş vermiş meşə yanğınları nəticəsində həlak olanlara və dəyən zərərə görə Gürcüstan hökuməti və xalqı adından R.T.Ərdoğana başsağlığı verib. R.T.Ərdoğan öz növbəsində Gürcüstan Baş nazirinə göstərdiyi dəstəyə görə təşəkkür edib.

Məlumatda qeyd olunub ki, söhbət İ.Qaribaşvilinin iyunun 1-də Ankaraya baş tutmuş rəsmi səfərinə köklənib. Hökumət başçısı yüksək qonaqpərvərliyə görə Türkiyə Prezidentinə təşəkkür edib. R.T.Ərdoğan İ.Qaribaşvilini Türkiyəyə növbəti səfərini etməyə dəvət edib.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafının vacibliyi və perspektivləri barədə də söhbət aparılıb.

Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.

Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.

Facebookda səhifəmiz:

Kanalda bütün müəllif hüquqları qorunur.

#BakuTv #Azerbaycan #trend

  • Ad: Nicat NuriyevŞərh: LEYSAN YAĞIŞLARI YAĞSIN AYLARNAN DUA ELƏMƏMİZ LAZIM İSTİ PİSDİ YAĞIŞ QAR YAXŞIDI SULULUQ ÇOXALIR ÇAYLARDA KANALLARDA SUYUN SƏVİYYƏSİ ARTIR İÇDİYİMİZ SUDA YAĞIŞ SUYUDU YƏNİ TƏMİZLƏNİR 💧
  • Ad: Gunel BozŞərh: Olke yanır, bu da öz kefinde.
  • Ad: Rami AliyevŞərh: helal
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.