Xəbərlər

10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyatlar davam etdirilir.
Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəlcə Bakı şəhər sakini Günel Abdullayeva saxlanılıb. Onun üzərinə baxış zamanı 395 qram heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Günel Abdullayevanın Yasamal rayonunda yaşadığı evdən 7 kiloqram 150 qram heroin, 780 qram metamfetamin və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Baş İdarə əməkdaşları tərəfindən Yasamal rayonunda keçirilən daha bir əməliyyat zamanı isə paytaxt sakini Pərvanə İsayeva tutulub. Onun üzərinə baxış zamanı 9 qrama yaxın, yaşadığı evdən isə 635 qram heroin, 22 qramdan artıq psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Baş İdarənin əməkdaşları tərəfindən Abşeron rayonunda keçirilən əməliyyat zamanı isə paytaxt sakini, əvvəllər məhkum olunmuş Tehran Məcidov tutulub. Saxlanılan zaman onun üzərindən 52 qram heroin, 17 qram metamfetamin, yaşadığı Saray qəsəbəsində yerləşən evindən isə 200 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilib.
Baş İdarə əməkdaşlarının Sumqayıt şəhərində həyata keçirdikləri daha bir əməliyyat zamanı isə paytaxt sakini, əvvəllər məhkum olunmuş Tural Abıyev də saxlanılıb. Onun üzərinə baxış zamanı satışı və istifadəsi qadağan olunan 56 qram “Alisa”, 16 qram “Tramadol”, 67 qram “Paden 300” markalı güclü təsiredici xassəyə malik narkotik tərkibli həblər aşkar olunaraq götürülüb. Daha sonra Tural Abıyevin paytaxt ərazisində icarə əsasında işlədiyi aptekin ofisindən isə 117 qram “Paden 300” və 23 qram “Tramadol” adlı güclü təsiredici xassəyə malik narkotik tərkibli həblər aşkar olunaraq götürülüb.
Qeyd edək ki, bu əməliyyat zamanı Tural Abıyevdən ümumilikdə 1148 ədəd satışı qadağan edilən psixotrop tərkibli dərmanlar aşkarlanıb.
Paytaxtın Nizami rayonunda həyata keçirilən sonuncu əməliyyat zamanı isə Naxçıvanski küçəsində yaşayan Bəxtiyar Zeynalov Baş İdarənin əməkdaşları tərəfindən tutulub. Onun üzərindən 53 qrama yaxın narkotik vasitə heroin və 32 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Həyata keçirilən sonuncu silsilə əməliyyatlar zamanı Baş İdarəsnin əməkdaşları tərəfindən 10 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddə, o cümlədən satışı qadağan edilmiş narkotik xassəli həblər qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslər tutularaq istintaqa təqdim olunublar. Əldə edilən narkotik vasitələrin mənbələrinin və ölkəmizə gətirilmə mexanizmlərinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Ad: Gulnar IbrahimovaŞərh: kaw aldanmazdi hamimizin pula ehdyaci var ama bu yolla olmaz en azindan korpe balasini yatagda yatan anasini fikirlewerdi inanin cox yazigim gelir bu gunele qonwudu bize
  • Ad: İceHandGamerŞərh: Pervane muellim 18 nomreli mektebin muellimi
  • Ad: Rəksanə SultanəliyevaŞərh: Cənab Nazir sizə məktub yazıram ama cvb vermirlər. Kadrlar göndəriş verir baş mühafizə idarəsinə onlarda kömək eləmirlər yoldaşımin iwime görə. Çox xahiw edirəm bizə kömək edin
  • Ad: Minay SəmədovaŞərh: Pərvanə İsayeva 18 nömrəli məktəbdə müəllimədir və mənə də dərs deyib belə bir insanın müəllim olması məni narahat edir
  • Ad: Ləman ƏliyevaŞərh: Pervanee muellimeee sizee yarashmazdii axiii
  • Ad: Sahmali BaylarovŞərh: Narkotike güzəşt yoooooooox. Eşq olsun Polisimizə.
  • Ad: Vüqar İbadovŞərh: allah size nehlet elesin pul qarwiliginda genclerimizi zeherleyib mehv edirsiniz ermeni ya siz eyni mexluqatsiniz...
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.