Xəbərlər

10 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Polis əməkdaşlarının keçirdiyi sonuncu əməliyyatlar zamanı 10 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəlcə vətəndaş Pərvin Vəliyeva saxlanılıb. Onun üzərinə və evinə baxış zamanı ümumilikdə 4 kiloqram 709 qram heroin, 3 kiloqrama yaxın psixotrop maddə olan metamfetamin və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Pərvin Vəliyeva narkotik vasitələri satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından əldə edib.
Polis əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan vətəndaş Tərlan İsrafilov saxlanılıb. Onun üzərinə və idarə etdiyi “Toyota” markalı avtomobilə baxış zamanı ümumilikdə 100 qrama yaxın heroin, 120 qram marixuana, 73 qram metamfetamin, 3 ədəd elektron tərəzi və bir ədəd tapança aşkar edilərək götürülüb.
Həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan vətəndaş Cəmil Əhmədov saxlanılıb. Ondan 1 kiloqram 150 qram qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, narkotik vasitələri Cəmil Əhmədova həmyerlisi Cəlal Quliyev satıb. Həmin şəxs də saxlanılaraq istintaqa təqdim edilib.
Keçirilən daha bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş şəxslər Məhəmməd Həbibov və Aynur Yaqubova saxlanılıblar. Məhəmməd Həbibovdan 1 kiloqram 144 qram heroin, 175 qram marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib. Aynur Yaqubovadan isə 130 qrama yaxın heroin aşkar edilərək götürülüb.
Sonuncu silsilə əməliyyatlar zamanı polis əməkdaşları tərəfindən 10 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Əldə edilən narkotik vasitələrin mənbələrinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Ad: Mirzeyar QurbanovŞərh: nəmma Allah axırın xeyr eləsin Vallah Billah axuyyet elədimeeee Tenbolidə bu vəziyyətdə bu boyda küllü miqdarda Atravanan bu cavan qadının tutulmasına özdəki mən bu qadının Ərini 100%% Abısnovınnı tanıram YƏNİ ki yerrimdi Əli Bayramlıdandılar Bakıda yaşayırlar ona görə Kankretni hərtərəfli olaraq Tanıyıram...Yenə deyirəm bir sözlə PİZDES AXUYYET elədimki hər şey bir qırağa gör bu ATRAVADA kı PUL PARA buları nə qədər obşi Ailəvi Başlarını aparıb Gözlərini kor eliyibki KARVAYA görə öz Xanımın Qeyrətin Namusun Az çox nəyə Spasobınnıdısa olan HÖRMƏTINİ bidə Nə varki PUL PARA qazanacağlar obşi hərtərəfli olaraq kruqom beqom Nə varidisə hamısını QURBAN verdi getdi ama ən PİSİDƏ odur ki obşi hər şey getdi Var yox olan QEYRƏTİ NAMUSU HÖRMƏTI həmdə ki üstəlik də bu qədər ATRAVADAn gözlədiyi Pulda ATRAVADA...NƏMMA aaaa SABAH sən nətər Gələssən Girəssən ƏLİ Bayramlıya nətər baxassan axı burdakı hərtərəfli Özün Yaşayışın TANIYAN Bilən Kişilərin üzünə və ən əsası da ki Öz Qaynatun Qaynanun üzünəki öz qadınımı qeyrətimi Pula Paraya görə QURBAN VERDİM GETDİ..mən bu sözlərimi yazıram ona görə ki Sənidə Ailənidə hərtərəfli Abısnovınnı kak palojna necə lazımdır olmalıdır elədə DÜBBEDÜZ tanıyıram və bu gördüyün işədəki Kursuğ ,,,Sən nətər Özünə PAZVALYAT elədünki bu boyda KÜLLÜ MİQDARDA OLAN ATRAVANI öz Xanımına KURS eliyib onu bu boyda BÖYÜK AĞIR SROKUN İÇİNƏ ÜSTÜNƏ ATDUN..VALLAH BİLLAH MƏN SƏNİN YERİNƏ MİSLİ GÖRÜNMƏYƏN DƏRƏCƏDƏ UTANDIM XƏCALƏT ÇƏKDİM NƏDƏKİ HEÇ BİR VƏZİYYƏTDƏ QƏTİYYƏN SƏNƏ YARAŞDIRMADIM BU YAŞAYIŞI BU ADDIMI HƏRƏKƏTİ..ALLAH İŞİNİ AVAND ELƏSİN ALLAH QAPISINI AÇSIN ÖZ AİLƏSİNƏ ÖVLADLARINA TEZ BİR ZAMANDA QOVUŞSUN VƏ ƏN ƏSASI DAKİ BİR SÖZLƏ DÜBBƏDÜZ BAŞA DÜŞSİN HƏMÇININ SƏNDƏ BAŞA DÜŞKİ HEÇ BİR ZAMAN HEÇ BİR VƏZİYYƏTDƏ BU YAŞAYIŞ ONLUĞ DEYİL BİDƏKİ BU PRABLEMLƏ BU XOŞA GƏLMƏZ VƏZİYYƏTLƏ PAJİZNİ RASTLAŞMASIN NƏDƏKİ YAŞAMASIN...ALLAH YAXŞI DASTOYNI BİR MUJİK ÜÇÜN BİRİNCİ VACİB OLAN HƏRTƏRƏFLİ OLARAQ DÜBBEDÜZ DÜZGÜN 💎💎💎AĞILLLL 💎💎💎VERSİN..AMİN
  • Ad: natiq huseynliŞərh: halal olsun belə polisdərə
  • Ad: Vali GuliyevŞərh: Milləti zəhərliyirlər, ümidvaram məhkəmə obyektiv cəza verər. Məni maraqlandıran bu qanunsuz dövriyyə ifadəsidir, qanuni dövriyyə yoxdur axi qanunsuz dövriyyədə olsun. (Narkotiklə bağlı)
  • Ad: NKVDŞərh: milləti qırıllar bu narkotiklərnən ağır cəza verin buna cüllütə oxşuyur biznes qurub kişinin qızı
  • Ad: Sahmali BaylarovŞərh: Eşq olsun Polisimizə. Narkotikə güzəşt yox.
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.