Xəbərlər

1az TV 19.12.2021

“1AzTV” verilişi “Late Night with Conan O’Brien”, “The Ellen DeGeneres Show”, “Вечерний Ургант” və digər dünya üzrə məşhur verilişlərin analogiyası əsasında hazırlanan, Azərbaycan tamaşaçıları üçün adaptasiya edilmiş axşam şousudur. Veriliş Şəhriyar Əbilovun təqdimatında efirə gedir. Proqramın fərqli xüsusiyyəti tok-şou və sitkom formatlarının ahəngini təşkil etməsidir.
Qonaqlarla müsahibə ilə yanaşı, televiziya tamaşaçıları verilişi hazırlayan çəkiliş qrupunun səhnə arxası həyatını əks etdirən qısa səhnələri görürlər.
Televiziya tamaşaçıları çəkiliş prosesinin bəzi maraqlı təfərrüatları, həmçinin verilışin qonaqları, onların fəaliyyət səhəsi ilə qeyri-adi rakursdan tanış olurlar.
Proqramda bir neçə əsas personaj var: rejissor, prodüser, işıqçı, xadimə. Verilişin aparıcısı isə qonaqlarla müsahibə aparmaqla bərabər, proqramın kadr arxası həyatında fəal iştirak edir.
Qonaqlarla müsahibə əyləncəli və maraqlı tərzdə (müxtəlif oyun, tapşırıqlar və s.), canlı musiqi müşayiəti ilə aparılır.

Copyright © AZTV

YouTube kanalına abunə olun:

Facebook –
İnstagram –
Twitter –
Youtube –
Telegram:

Rəsmi sayt:
AZ
RU
EN

«Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-si ölkəmizin ən qocaman televiziya və radio qurumudur: Azərbaycan Radiosu 1926-cı il noyabrın 6-da, Azərbaycan televiziyası 1956-cı il fevralın 14-də yaradılıb.
Azərbaycan Televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. Bu BİRİNCİlik müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq şəkildə göstərib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Rövşən Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

#AZTV #AzərbaycanTeleviziyası

Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.