Xəbərlər

86 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb

Respublikanın daxili işlər orqanları tərəfindən qara bazarda dəyəri 8 milyon manat olan 86 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb

Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər.

Belə ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 12-də həyata keçirilən növbəti uğurlu əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.

Belə ki, Baş İdarə əməkdaşlarının əldə etdikləri məlumat əsasında Qaradağ rayonu ərazisində keçirdikləri əməliyyat zamanı paytaxt sakini Adil Eyvazov və Cəlilabad rayon sakini Xəyal Quliyev saxlanılıblar. Adil Eyvazovun idarə etdiyi “Ravon” markalı avtomobilin yük yerinə baxış zamanı bağlamalarda ümumi çəkisi 86 kiloqramdan artıq olan narkotik vasitə və psixotrop maddə, o cümlədən 61 kiloqrama yaxın heroin, 10 kiloqramdan artıq tiryək və 15 kiloqram 299 qram metamfetamin aşkar olunaraq götürülüb.

Qeyd edək ki, aşkar edilən həmin narkotik vasitə və psixotrop maddələrin qara bazarda qiyməti təxminən 8 milyon manatdır.

Araşdırma zamanı müəyyən olunub ki, bu şəxslər şəxsiyyəti istintaqa məlum olmayan “Milad” adlı qonşu dövlətlərdən birinin vətəndaşının qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddəni Cəlilabad rayonu Suluçeşmə kəndi ərazisində gizlədilən yerdə qəbul ediblər. Xəyal Quliyev və Adil Eyvazov narkotikləri Bakı şəhərində satışını təşkil etmək məqsədi ilə götürüb paytaxt istiqamətində hərəkət edən zaman Baş İdarə əməkdaşları tərəfindən tutulublar.

Sorğu zamanı Xəyal Quliyev və Adil Eyvazov bir müddət əvvəl də həmin şəxsin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə göndərdiyi 10 kiloqramdan artıq narkotik vasitəni qəbul etdiklərini bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Adil Eyvazov və Xəyal Quliyev tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Ad: Leyla LeyliŞərh: Qaqan gor nagayrajaq
  • Ad: Sevda RomohevaŞərh: Догрүданда гојда Аллах јердә полис јохса дагылар бу дунја
  • Ad: Sahil AllahverdiyevŞərh: BU QƏDƏR MİLLƏTİ HƏPSƏ ATİRSİNİZ ÇOX GÖZƏL NARKOTİKA SATİRLAR CƏZALARİNİ ALMALİDİRLAR ANCAQ BUNU KİMİ HARDAN KEÇİRDİR ONLARDA HƏPS OLUNMALİDİ
  • Ad: Sahil AllahverdiyevŞərh: YAXŞİ KİŞİ YAZİĞİN ZALİMİ OLMAZ ZALİMİN ZALİMİ OLAR DSX ELÇİN QULİYEVİDƏ HƏPS ELƏMƏK LAZİMDİ BİLASUVAR ASTARA KEÇİDLƏRİNİN RƏİSDƏRİNİDƏ BUNLARİ ONLAR YARADİR PULUNU VERİRLƏR KEÇİRDİRLƏR
  • Ad: Sahil AllahverdiyevŞərh: BU QƏDƏR NARKOTİKALAR KEÇİR AZƏRBAYCANA BƏS DSX ELÇİN QULİYEV NİYƏ HƏPS OLUNMUR BİLASUVAR KEÇİDİNİN RƏİSDƏRİ NİYƏ HƏPS OLUNMUR ANCAQ KASİBLARİN QƏNİMİ OLMAYİN YAXŞİ KİŞİ YAZİĞİN ZALİMİ OLMAZ ZALİMİN ZALİMİ OLAR
  • Ad: Sahil AllahverdiyevŞərh: MƏN BİLƏSUVARDAN İRANA KEÇİB GETMİŞƏM GƏLMİŞƏM NECƏ OLA BİLƏR Kİ CİBİNİN SİQARETİNƏ KİMİ YOXLAYİRLAR O QƏDƏR NARKOTİKANİ GÖRMÜRLƏRMİ ANCAQ ONU BİLİRLƏR QAÇAQMALÇİLİQ NİYƏ DEMİRLƏR PULUNU ALİB GÖNDƏRİRİK AZƏRBAYCANA DÜZ DANİŞMAQ LAZİMDİ KİŞİ OLUN
  • Ad: Farid SharifovŞərh: Azərbaycan Polisi👍👍👏👏❤❤🇦🇿🇦🇿 Eşq Olsun.Varolsun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi👍👍👏👏❤❤🇦🇿🇦🇿
  • Ad: BatyaŞərh: Ağlı olan çəkməz
  • Ad: Sebuhi EhmedzadeŞərh: Cek PoT😂😂😂
  • Ad: Vusale XeyyamliŞərh: Boyyy allah sizi oldursun .bu cavanlari niye oldurursuz bu zeherle
  • Ad: Raskooo TehmezliŞərh: Serhedcier hara baxir??? Nece olur bu texnikanin inkiwaf etdiyi bir vaxtda serhed kor olub
  • Ad: Anar MeheremovŞərh: bes sonram o 86kg aqibəti necə oldu?
  • Ad: Elmeddin ImanovŞərh: Ey memurlar ve memur evladari bir gün Allahaa hesabını vereceysiz xalqin evlatlarını zeherleyrirsiz
  • Ad: أللة أللةŞərh: Yaziq milad kim tutuldu miladan almisam deyir ALLAHDAN qorxun biraz
  • Ad: Zamannı OyuncuŞərh: Basin hamsni iceri
  • Ad: Yegane BabayevaŞərh: 👮‍♂️👏🇦🇿
  • Ad: Xvgb CvbbŞərh: Ehsen baş mùteşkil
  • Ad: Natavan AbbasovaŞərh: Eşq olsun polislərimizə 👏👏👏 Bu polislər olmasa bu insanlar çox hoqqalardan çıxarlar
  • Ad: Sahmali BaylarovŞərh: Eşq olsun Polisimizə və Nazirimize.
  • Ad: Wamil BasayevŞərh: Ay blaa qaqaş siz nağarmısınız
  • Ad: Kerem ZeynalovŞərh: Çörək pulları onnan çıxırdə .
  • Ad: Azəri BallasiŞərh: Bunları basin icərdə
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.