Xəbərlər

Abşeron rayonunda istixanada narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanılıb

Narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirilib.
Belə ki, Bölməyə rayonun Qobustan kəndi ərazisində Niyazi Məhərrəmovun yaşadığı evin həyətində istixanada narkotik tərkibli çətənə kollarını əkdiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal nəzarətə götürülüb. Həyata keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Niyazi Məhərrəmov iş başındaca, yəni çətənə kollarına qulluq edən zaman saxlanılıb. Onun çətənə kollarını əkdiyi istixanaya baxış zamanı ümumi çəkisi 14 kiloqram olan 18 ədəd narkotik tərkibli çətənə bitkisi və həyətdə yerləşən yarımtikilidən 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Niyazi Məhərrəmov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. İstintaq tədbirləri davam etdirilir.

  • Ad: Natavan AbbasovaŞərh: Var olsun polislərimiz Allah polislərimizi qorusun.
  • Ad: POLİS_KAPİTANI ZrFŞərh: Allahın bəlasına bax e heç olmasa ağarmış saçından utan utan!

    Var olun Polislərimiz ♥❤❤♥
  • Ad: Vətənə sevgi! Bayrağa sarılmaq!Şərh: Daxili İşlər Nazirliyinin rəhbər heyətini və işçi kollegiyasını salamlayıram!

    Polis servisimizi səmimi qəlbdən alqışlayıram! Çünki, onlar ölkədə pis işlər ilə məşğul olan bu cür cinayətkar narkobaronların kökünü kəsir və onların düzəltdiyi, qanunsuz yollar vasitəsilə şəhərə, rayonlara gətirdikləri uyuşdurucu maddələri məhv edirlər. Bunların cinayətkar əməlləri daha çox gənc nəsilə pis təsir göstərir. Hər addımbaşı bir narkoman cavana rast gəlirsən. Belə şeylər bizi olduqca çox üzür. Çünki, Azərbaycan xalqının özünəməxsusluğu ilə seçilən mentaliteti vardır və belə naqis hərəkətlər Azərbaycan gənclərinə yaraşmır. Onları bu pis işlərə sövq edənləri ən ağır cəzalara məhkum etmək lazımdır. Ümumiyyətlə, videoda göstərilən bu cür narkobaronlar ömürlük azadlıqdan məhrum edilməlidirlər ki, bəlkə o boş başlarına zərrə qədər də olsa, ağıl gəldi...
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.