Xəbərlər

Abşeronda karantin qaydalarını pozan şəxslər polislər tərəfindən cərimələniblər

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən əhali arasında profilaktik tədbirlər gündəlik olaraq davam etdirilir. Belə tədbirlərdən biri də Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhərində təşkil olunub. Şəhərin hər bir küçə və prospektində polislər Abşeron rayon sakinləri ilə profilaktik söhbətlər apararaq onları tənəffüs yollarını qoruyan maskalardan istifadə etməyin vacibliyi barədə məlumatlandırıblar.

Reydlər zamanı şəhər ərazisində yerləşən fəaliyyətinə icazə verilən obyektlərdə sosial məsafəni gözləməyən şəxslərə xəbərdarlıq edilib. Mağazalara maskasız daxil olan alıcılar, həmçinin maskalardan düzgün istifadə etməyən şəxslər polislər tərəfindən müəyyən edilərək cərimələniblər. İnsanların sıx toplaşdığı yerlərdə virusun yayılma ehtimalı artdığından polislər tərəfindən həmin məkanlar nəzarətdə saxlanılıb. Qeyd edilən yerlərdə insanlar arasında ara məsafəsinin saxlanılması təşkil edilib.

Reyd zamanı həmçinin ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər də polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb. Həmçinin taksilərdə şəffaf arakəsmələrdən istifadə etməyən sürücülər barədə də cərimələr tətbiq edilib.

Bir daha hər bir kəsdən tələb olunur ki, şəxsi sağlamlıqlarını qorumaq və virusun geniş miqyasda yayılmasına imkan verməmək üçün koronovirusla mübarizədə tətbiq edilən sanitar qaydalara əməl etsinlər.

  • Ad: Ceyhun QasimzadeŞərh: Halaldır Azərbaycan polisinə
  • Ad: Asena 039Şərh: 👏ozunuzu ve yaxinlarinizi xestelikden qoruyun!
  • Ad: YPX GENERALŞərh: Zəhmət olmasa karantin qaydalarına əməl edin. Xahiş edirik və tələb edirik
  • Ad: Alik BagirzadeŞərh: Yəni polisler düz edib
  • Ad: Alik BagirzadeŞərh: Bəli belədə olmalıydı
  • Ad: YPX GENERALŞərh: Azərbaycan Polisi💪🏻🇦🇿
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.