Ağlayaraq hakimdən imdad diləyən erməniyə hökm oxundu – Baku TV
-
- Xeber
- 121 baxış
- 0 şərh
Ağlayaraq hakimdən imdad diləyən erməniyə hökm oxundu – Baku TV
Casusluqda ittiham olunan ermənilər – Davit Davtyan və Gevorg Sujyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid qismində Vidadi Orucəliyev ifadə verib.
Prosesdə daha sonra sənədlərin tədqiqi mərhələsinə keçilib. Təqsirləndirilən şəxslər çıxış ediblər.
İttiham nitqi ilə çıxış edən prokuror təqsirləndirilən şəxslərin hər birinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxslərin vəkilləri də çıxış etdikdən sonra mühakimə olunanların son sözü dinlənilib.
Hakimlər kollegiyasının müşavirəsindən sonra prosesdə hökm oxunub.
Qeyd edək ki, hər iki təqsirkar 2020-ci il noyabrın 11-də Laçın dəhlizi ilə Şuşaya gedən zaman Silahlı Qüvvələrimizin əməkdaşları tərəfindən saxlanılıblar. 2019-cu ildə Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunan bu şəxslər Vətən müharibəsi zamanı döyüş əməliyyatları gedən ərazilərdə Azərbaycan Ordusu haqqında hərbi məlumatları toplayaraq casusluq fəaliyyəti ilə məşğul olublar.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend