Amerikalı bloger Qarabağda: Dəhşətli hisslər yaşayıram – Baku TV
-
- Xeber
- 118 baxış
- 0 şərh
Amerikalı bloger Qarabağda: Dəhşətli hisslər yaşayıram – Baku TV
“Show me Azerbaijan” layihəsi çərçivəsində may-iyun aylarında ölkəmizdə səfərdə olan amerikalı bloger Dak Barner öz yutub səhifəsində vətənimizdə gördükləri ilə bağlı video paylaşıb.
Səfər zamanı paytaxt Bakı, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ilə tanış olan xarici bloger Gəncəyə də baş çəkib. Vətən müharibəsi zamanı ermənilərin Gəncə şəhərini raket atəşinə tutduğu, dağıntıların qeydə alındığı ərazilərdə olan Dak Barner öz izləyicilərinə törədilən cinayətlər barədə məlumat verib.
Gəncənin ardınca işğaldan azad edilən ərazilərə gedən amerikalı bloger Ağdamda olub. Şəhərdəki dağıntılara, ermənilərin vandallığına şahid olan Barner gördüklərindən dəhşətli hisslər yaşadığını, hər tərəfin minalandığını, bu səbəbdən rahat hərəkətin mümkün olmadığını bildirib.
Amerikalı bloger Ağdam Cümə məscidi barədə də öz izləyicilərinə məlumat verib.
Səfər zamanı Dak Barner Cəbrayılda Xudafərin körpüsü və Füzulidə ağır döyüşlərin getdiyi ərazilərdə də olub.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend