Ata xəstə körpəsi olan oğlunun evini yandırdı – Baku TV
-
- Xeber
- 57 baxış
- 0 şərh
Ata xəstə körpəsi olan oğlunun evini yandırdı – Baku TV
Sumqayıtda ata oğlunun və gəlininin yaşadığı evi yandırıb.
Şəhərin Hacı Zeynalabdin qəsəbəsi ev 98 ünvanında yaşayan ailə arasında düşən mübahisə zamanı 63 yaşlı Ağabaxış Abdıyev, oğlu və gəlininə mənzili yandıracağını deyib. Hətta ata ilə oğul arasında dava da düşüb. Hadisədən bir qədər sonra mənzil yandırılıb. Ev əşyaları ilə birlikdə yanaraq kül olub.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə İdarəsinin və ərazi üzrə polis bölməsinin əməkdaşları cəlb olunub. Ailə hazırda qonşularının evində qalır.
Qeyd edək ki, ev artıq son iki ildə ikinci dəfədir yandırılır.
Evə od vuran ata Ağabaxış Abdıyev isə törətdiyi əmələ haqq qazandırmağa çalışıb. Hətta çəkiliş vaxtı oğlu ilə aralarında mübahisə də yaşanıb.
Hadisədən sonra mənzil sahiblərinin izahatları alınıb. Ağabaxış Abdıyevin spirtli içki aludəçisi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend