Kateqoriyasız

Atası Naxçıvanlı olan Türk Kinosunun Sultanı Türkan Şoray – XÜSUSİ REPORTAJ

Türk kinosunun sultanı ünvanını daşıyan aktrisa 1945-ci il iyunun 28-də İstanbulda doğulub. O, bir məmur ailəsinin ilk övladı idi. Bioqrafiyasında atası çərkəz əsilli yazılsa da, Türkan Şoray müsahibələrindən birində ata tərəfdən azərbaycanlı, Naxçıvandan olduğunu demişdi. İndiyədək bunu dilə gətirən yeganə mənbə də onun özüdür. Anası isə Selanikdəndir.

O, 1960-cı illərdə kino sahəsində özünü tanıdır, aktrisa kimi hamının ürəyində taxt qurur. Gözəlliyi, ələlxüsus gözləri, baxışı milyonlarla insanın ürəyini fəth edir. Hətta bir çox qadınlar həyat yoldaşına Türkan Şorayı qısqanırdı.
Şorayın atası vəfat etdikdən sonra ailə sıxıntılar içində yaşayır və anası Meliha Şoray qızının aktrisa olmasına dəstək olur.

Türkan kinoya necə gəldiyindən bəhs edən xatirələrini belə izah edir:
“Kinoya gəlişim belə oldu: qonşuluqda film çəkmək üçün komanda gəlmişdi, baş rolda oynayan aktrisanı görəndə düşündüm, nə gözəl xanımdır. Bu qadın Muhterem Nur idi. Bir kişi yanıma gəldi və dedi, filmlərə çəkilmək istəyirsən? Qorxdum və dərhal evə qaçdım. Sonradan bu adamın Memduh Ün olduğunu öyrəndim”.

Gözəl qadın olsa da, sevgidə bəxti o qədər də gətirmir. 20 il “Qalatasaray”ın keçmiş vitse-prezidenti Rüçhan Adlı ilə münasibət qurur. Bu cütlük film çəkilişində tanış olur və Rüçhan Şoraydan düz 23 yaş böyük idi.

Türkiyədə Türkan Şoraya niyə sultan deyilir?
Adlı Şoraya göndərdiyi çiçək buketlərinə yapışdırdığı kartlarda və qeydlərdə həmişə “sultanım” yazırmış. Türkan Şoray Türk kinosunun və xalqının sultanı olmağa başlayır. Bir müddət sonra Türkan Rüçhandan ayrılır. Səbəb onun birinci ailəsindən boşanmaması olur. Amma ürəyində balaca da olsa sevgisini daşıyan aktrisa 1995-ci ilin avqustunda xəstəxanaya yerləşdirilən Adlını son anlarınadək tək qoymur.

1983-cü ildə aktyor Cihan Ünalla evlənir. 1987-ci ildə ayrılır və bu evlilikdən Yağmur adlı qızı dünyaya gəlir.
Türk filmlərinin sultanı rejissor Lütfi Akadla uzun illər birlikdə çalışır. “Lütfi Akad mənim möcüzə rejissorumdur” deyir. O, mənə deyirdi ki, sənin gözlərin gözəldir və sən gözlərinlə oynamalısan.

Bəli, Türkiyənin sultanı Türkan Şoray haqqında çox danışmaq olar. Onun gözəlliyi, sənəti hər zaman bizim qəlbimizdədir.

Pulsuz Elanlar-


Abone Olun ► …​

Kanalda bütün müəllif hüquqları qorunur. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.

#BakuTv #Azerbaycan #trend

  • Ad: Zulfiyye SirinovaŞərh: Salonik değil Selanik
  • Ad: Sule AdemŞərh: He atasinin sifetidi kopya Turkan sorayda,anasi basqa tipdedi...onun uzune baxanda hemise bizde evdekiler deyirdi ki bu kopya azerbaycanli qizina oxsayir,iller sonra da ozu dedi ki atam azerbaycandandir naxcivandan
  • Ad: Maral HəsənovaŞərh: Türkan Şoray həqiqətəndə gözəl iydi 🌹🌹🌹🇹🇷🇦🇿
  • Ad: Шахлар АлиевŞərh: Tek Türk sinamasının sultanı deyil.hem de gönüllerin sultanı.
  • Ad: Qızıl gül tvŞərh: Gözünü qaşını Azerbaycan xanımların gözüne oxşadırdım hemişe
  • Ad: Rena QocayevaŞərh: görəsən naxçıvanda qohumlarında qalan var
  • Ad: Ismat MamedovŞərh: Bele gözlel ancak türk ve azeri qizlari ola biler
  • Ad: Aynura QafarovaŞərh: Evli kişinin metresine Sultan dedirtdiniz bize yillarca aşk olsun
  • Ad: Anar AbdullaevŞərh: Xardan Naxclvanll oldu atazl oldu ? Bos bos danlsmayln eyyy say ylgnagl xara bir sey clxardlr qoyur bura...
  • Ad: Nurida HashumovaŞərh: Bunu da siridilar bize🤭🤭🤭🤭
  • Ad: İrka JamalŞərh: Türkan Şorayın burnunun kəsilməsini biləndə məyus oldum ? burnunu kəsdirməsəydi görəsən bu qədər məhşurluq qazanardımı ilk filimlərində burnu böyük olanda oynuyub inanmayanlar yutubda yazsa baxa bilərlər 100 faiz burnunu kəsdirib plasgik əməliyatın bizlərə gec gəldiyinə baxmıyın Türk məhşurları Xarici ölkələrdə əməliyat etdirirdilər 60 -cı70 ci illərdə nəysə bizləri Yaradan ALLAH gözəlik yarışmasına çıxın demiyib əmrimə uyun deyib qürurlu insanlar ALLAHIN verdiyi surətə gözəllik üçün plasdik etməzlər səbir edərlər
  • Ad: Илхама НасироваŞərh: Cox heyranam
  • Ad: Gulnar AdigozalovaŞərh: Azərbaycanlı olması həm gözəlliyindən,həm xasiyyətindən,həm zəhmətkeşliyindən bilinir…Təkcə gözəlliyi deyil onu məşhur edən həm də böyük istedadıdır…
  • Ad: AytenŞərh: Başa düşmədim ailəli adamla ne sevgi Türkiyədə kişmiş i yoxuydu dehşetdi lər ailə dağıtmaqdan zövq alırlar
  • Ad: Wamil TalibovŞərh: Mən də deyirəm bugözəllik hardandı...Azərbaycanlı imiş.Sağ olundəyərlı bilgiyə görə.
  • Ad: Zohrab NecefzadeŞərh: Buda oldu naxcivanli.
  • Ad: Ağdamlı QaqaŞərh: MƏN BİLDİYİMƏ GÖRƏ ATASI NAXÇIVANLI BABASI AĞDAMLIDIR
  • Ad: rand althorŞərh: TÜRK olması yeter
  • Ad: Gunay JafarliŞərh: Hadisenin de atasi Azərbaycanlidi-Lezgidi
  • Ad: Simin NagiyevŞərh: Deyərdim dunya gözəli bir qadın
  • Ad: Simin NagiyevŞərh: Bənzərsiz silikonsuz gözəl
  • Ad: Termo ServisŞərh: Qeseng xanimdir.
  • Ad: moon lunaŞərh: Ooooo daaaaa beeeeee 👍👍👍
  • Ad: Tom AbramowskyŞərh: Onsuzda Türkiyədə ən azı 7-8millət yaşayır,təmiz türk çox azdır. Msksimum 1 milyon olmaz. Bəlkə də lap az. Bizimkilər də düşüblər türk abiciklərim. Amma içini bilmirlər ki, türk azdır orda. 35 milyon kürd, lazı, ermənisi, yunan, ərəb,özbək, Azərbaycan.
  • Ad: Альберт гиясьŞərh: Простая женшина 👍👍👍
  • Ad: N. Ramisgızı KarabağŞərh: Azerbaycan kökenli olduğu belliydi 👍🇦🇿
  • Ad: yusif yuskaŞərh: Bu eybəcəri necə sevə bilib axı
  • Ad: Untrue World dreamsŞərh: Hec de tebii gizel olmayib tekce gozlerinden başqa. O da gencliyinde plastik emeliyyatlar etdirib. Inanmirsinizsa youtube de axtarin baxin
  • Ad: Əli MəmmədliŞərh: ❤ N ❤ A ❤ X ❤ Ç ❤ I ❤ V ❤ A ❤ N ❤
  • Ad: Заман ГейдаровŞərh: Ne Naxcivanli,rumen olublar,siqan yeni..
  • Ad: шах матŞərh: Turkanin gozleri meni xele de valeh edir. Usaqliqdan ona valehem.
  • Ad: ŞƏMKİR ŞƏMKİRŞərh: Əsl sanatci boyle sanatci bir daha olmaz
  • Ad: ŞƏMKİR ŞƏMKİRŞərh: AL YAZMALİM
  • Ad: ŞƏMKİR ŞƏMKİRŞərh: Tebii gözəl filimlerinide seve seve izləmişəm
  • Ad: Eldar ElikŞərh: Rus hec vaxt bizi pozmayib pozgunculuq Azerbaycana irandan turkiyyeden geldi
  • Ad: Вугар АхундовŞərh: Кохне машинистка 😚😚😚
  • Ad: blackangellllenliŞərh: Islam Seferli demisken Naxcivanin qizi duzu qarpizi
  • Ad: aDMaDYoKŞərh: Türk sinemasının en tepedeki ismidir Türkan Şoray.. Babasının Nahçivanlı olduğunu bilmiyordum. Ama tahmin edilebilir bir şeydi :)
  • Ad: irada astanovaŞərh: Aaa ona göre bele sirin canayaxındı❤️ Dedaaa beeee
  • Ad: Vafa ViliŞərh: Bu ne xeberdi?
  • Ad: Mardan Yusifov89Şərh: Azerbaycanililari pozan ruslardan qabaq ibrahim tatli ses turkan ş ve hulya avşar
  • Ad: Elcin HudulovŞərh: Çox gözel xanimdi
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.