Xəbərlər

Bakıda şirniyyat sexində karantin qaydalarının pozulduğu aşkar edilib

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Bakıxanov qəsəbəsində karantin qaydalarını pozaraq işçiləri qapalı məkanda tibbi maskadan istifadə etməyən şirniyyat sexi aşkar ediblər. DİN Mətbuat Xidmətindən verilən məlumata görə, obyektə baxış zamanı sexdə işləyən 18 nəfər tibbi maskadan istifadə etmədikləri üçün hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib və onlarla profilaktik söhbətlər aparılıb.
Sexi icarə əsasında işlədən Rəfail Əliyevin etdiyi qanun pozuntusuna qiymət verilməsi üçün barəsində araşdırmalar davam etdirilir.

  • Ad: ANAR ASGEROVŞərh: QAZAX RAYONUNDA KARANTİN GÜNÜDÜR ANCAQ FƏALİYƏTDƏ CAYXANA KAFELƏR İŞLƏYİR QANUN HAMI ÜÇÜN OLSA DAHA YAXŞI OLAR
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.