Balaca Tunarın ehtiyacı olan 2.4 milyon dollarlıq iynə vuruldu – Baku TV
-
- Xeber
- 149 baxış
- 0 şərh
Balaca Tunarın ehtiyacı olan 2.4 milyon dollarlıq iynə vuruldu – Baku TV
SMA xəstəsi olan körpə Tunar Bağırovun sağalması üçün lazım olan iynə ona vurulub.
Bu barədə körpənin anası Səbinə Əliyeva məlumat verib.
O bildirib ki, iyulun 29-da ABŞ-da övladı Tunarın əziyyət çəkdiyi SMA xəstəliyindən (əzələ əriməsi) qurtulması üçün lazım olan “Zolgensma” iynəsi vurulub.
Xatırladaq ki, Tunar Bağırov I növ onurğa amiotrofiyasından (əziyyət çəkirdi. Onun sağlamlığına qovuşması üçün “Zolgensma” gen terapiyası preparatına ehtiyac var idi. Bu iynənin infuziyası isə təxminən 2,4 milyon dollara başa gəlir. Bunun üçün isə Tunarın anası sosial şəbəkələr vasitəsilə kampaniya başlatmışdı. Daha sonra körpə ABŞ-dakı xəstəxanaya yerləşdirilib.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend