Xəbərlər

Balakən rayonunda baş verən hadisə ilə bağlı məlumat

DİN Mətbuat Xidmətinin Şəki Regional Qrupundan verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar olaraq keçirilən reyd zamanı Qabaqçöl qəsəbəsi ərazisində yerləşən mağazada obyekt sahibi və onun oğlu tibbi maskadan istifadə etmədikləri üçün onlara pandemiya şəraitinə uyğun olaraq, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin zəruriliyi diqqətə çatdırılıb. Bu zaman həmin şəxslər polis əməkdaşları tərəfindən tutulan iradlardan nəticə çıxarmayaraq, tabesizlik göstəriblər. Daha sonra 2 nəfər qəsəbə sakini də polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb, onlara qarşı müqavimət göstərməyə cəhd ediblər. Bundan sonra bir qrup qəsəbə sakini həmin əraziyə toplaşıb. Polis Şöbəsinin rəhbərliyi hadisə yerinə gələrək, onlarla profilaktik söhbətlər aparıb və sakinlər öz evlərinə gediblər. Polisin qanuni tələbinə tabe olmayan 4 nəfər barəsində isə qanunamüvafiq tədbirlər görülüb.
Bu faktdan sui-istifadə edən bəzi düşmən qüvvələr tərəfindən maliyyələşən sosial şəbəkələrdə özünü dini icma sədri Afsələddin Axmedov kimi qələmə verən, əslində isə ad, soyadı Eyvaz Heydərov olan şəxs həmin hadisəni təhrif edərək, guya qəsəbə ərazisində milli azlıqların hüquqlarının tapdalanması, polislər tərəfindən onlara qarşı qanunsuz tələblərin irəli sürülməsi barədə əsassız, qərəzli fikirlər səsləndirib. Qəsəbə ağsaqqalları və ziyalıları isə “avarların sıxışdırılması” kimi uydurma fikirlər səsləndirən, qəsəbə sakinləri adından danışan və hazırda Azərbaycandan kənarda yaşayan həmin şəxsi ciddi qınayıblar və digərlərini onun belə təxribat xarakterli fikirlərinə inanmamağa çağırıblar.

  • Ad: Шамиль ГаллаевŞərh: Не трогай наши братья
  • Ad: Шамиль ГаллаевŞərh: Всем Ассалам алейкум наши братья Закатала белокан Дагестан это наш мир
  • Ad: Vuqar DavidovŞərh: Salam olsun qabaxcole noldu bu muharibe bawdiyan kimi prablem yarandi.?bezi insanlar varki,arani qatmaq isteyir fikir vermeyin.azerbaycanin her bir qariw torpagi bizlerindi.men avar milletini merd sozunu deyen igid bilirem.hec vaxta inanmaram bizim camat xeyanetkar olar,vetenin seven milletini seven vetenperver milletdi.qarabag ugrunda da canindan qanindan kecen milleti
  • Ad: Али ЮсуфŞərh: Салам алейкум халгымыз.миллет сохбати салан хар бир инсан тулкудур.
  • Ad: avarka avarŞərh: Duwmen deyirmanina su tokduler..Heyf
  • Ad: Eagle nestŞərh: Так что народа Азербайджана не причём .
  • Ad: Cifgkv KvmvlhŞərh: İndi hər şey başqa cürdü o vaxtı virus yox idi indi var sıxışdırmağa imkan olub
  • Ad: imran imranŞərh: BELE BAXANDA BALAKENIN 90 %I avar millətidi mende avar milletindenem ama avar dili bilmirem etnik milletleri her zaman qorumag bizim borcumuzdu gerek etnik saydigimiz milletlerde bezi təxribatçıların hiylesine aldanmasin.en yaxwi halda ozlerne ziyan edeceyler cunki bu dovlet COX QÜDRƏTLİ DOVLETDIR
  • Ad: Rezid AbıyevŞərh: Kim caxnasma salmag isdiyirki bilen var?
  • Ad: Абу УмарŞərh: Пусть будет мир во всем мире ну говорить надо правду
  • Ad: Магомед ИсаевŞərh: Что за беспредел почему вы не уважаете друг друга
  • Ad: Rasul rrŞərh: 👎👎👎👎
  • Ad: Fht23057 QuliyevŞərh: texribata uymayaq yerlilerim.duşmen emelidi Azerbaycani parçalamağa cehd edirler çünki Türkiyeye yaxinlaşırıq
  • Ad: Sahmali BaylarovŞərh: Diqqətli olun bəzi caqqalar quyuruq buluyur milləti parçalamaq ucun. Amma bacara bilməzlər. İt hürər karvan keçər. Eşq olsun Polisimizə və Nazirimize.
  • Ad: R rŞərh: ləzgidi avardı fərqi yoxdu hamısı bizim di
    ayırmaq olmaz
  • Ad: Mahmudlu KenanŞərh: Zehmet olmasa polise vakansiya olan vidyoda menim serhimi cavablandrardiniz zehmet olmasa
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.