Baqdasaryan: Azərbaycanlıların qəbir daşlarına erməni adı yazıb satırdılar – Baku TV
-
- Xeber
- 172 baxış
- 0 şərh
Baqdasaryan: Azərbaycanlıların qəbir daşlarına erməni adı yazıb satırdılar
Erməni bloger Roman Baqdasaryan Ermənistanın törətdiyi cinayətlərin üstünü açıb.
Canlı yayıma çıxan bloger bildirib ki, onun açıqlamalarından sonra ölkədə baş verən hadisələrə münasibət 180 dərəcə dəyişəcək.
Koçaryanın Paşinyanla debatdan qaçdığını deyən erməni bloger onu qorxaqlıqda ittiham edib.
Ermənilərin Sünix adlandırdığı Zəngəzurda yaxalanan 11 erməni barədə danışan bloger bütün gizli məqamları açıb.
Roman Baqdasaryan deyib ki, bu gün Avropa kanalları, “Euronews” və başqaları Qarabağda 7 rayondakı məscidlərin yandırılması barədə reportajlar hazırlayırlar. Həmin məscidləri “Qarabağ klanı” yandırıb və bu 44 günlük müharibə dövründə azərbaycanlılar Koçaryan və Sarqsyanın törətdiyi cinayətlərə görə qisas aldılar.
Sonda bloger hələ çox mətləblərə aydınlıq gətirmədiyini, gizli qalan çox məsələlərin üstünü açmadığını bildirib.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend