Xəbərlər

Bərdə şəhərində asayişi kobud sürətdə pozan şəxslərə qarşı əməliyyat tədbirləri həyata keçirilib

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bərdə şəhərində ictimai-asayişi kobud sürətdə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olmaqla ciddi qanun-pozuntularına yol verən şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib.
Belə ki, əldə edilən əməliyyat məlumatlarında bir qrup cinayət törətməyə meyilli şəxsin Bərdə şəhərində narkotik vasitələrin satışı, yaşadıqları mənzillərdə qanunsuz olaraq odlu və soyuq silah-sursat saxlamaları, eləcə də silsilə xuliqanlıq hərəkətlərin törətmələri öz əksini tapıb. Həmin məlumatlar təhlil edilərək öyrənilib və qeyd edilən faktlar hərtərəfli araşdırılıb.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Baş Narkotiklərlə Mübarizə İdarələri, eləcə də Bərdə Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən avqustun 27-də birgə keçirilən əməliyyatlar zamanı yuxarıda sadalanan qanun pozuntularını törətməkdə şübhəli bilinən, əvvəllər müxtəlif cinayətlər törətdiklərinə görə dəfələrlə məhkum olunmuş 11 nəfər Bərdə rayon sakini – Dilqəm Səfərov, İmadi Əbdüləzimov, Xəlil Heydərov, Ayxan Abbasov, Rizvan Məmmədov, İmdad Abdullayev, Zaur Hacıyev, Musa Şərifxanov, Xəqani Məmmədov, Ehtiram İsayev və Sevdiyar Əzizov saxlanılıblar. Onların üstlərinə və yaşadıqları evlərə baxış zamanı külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələr, 1 ədəd “Naqan” tipli tapança, çoxlu sayda soyuq silah kimi istifadə olunan kəsici-deşici alətlər, elektron tərəzilər aşkar olunaraq maddi sübut kimi götürülüb.
Göstərilən şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılmaqla onlar barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər tərəfindən törədilmiş digər cinayət faktlarının müəyyən edilməsi məqsədi ilə müvafiq istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Ad: Aslı AskerovaŞərh: Bezileri burda ele yazirlar flankes içmir çekmir a bala ay insan övladi onda bunlarin başına hava gelib gedib durduq yerde tutublar bunlari ele deyirler ele bil bütün günü bir yerde hava alirlar yeqin başa düşen düşdü ne deyrem.Çox şey yazardim neyse
  • Ad: Elcin HesenovŞərh: Bir şey bilirlər ki aparırlar 🇦🇿
  • Ad: Byİsimsiz ByKahramanŞərh: Bu Xəlilə Q.Praqonu verdiler tarmazit elediler yene xeyri olmadida bu gedeye
  • Ad: Elsever HewimovŞərh: Vətəndaş nəvaxt ciddi narazı olduki bu adamlardan.
  • Ad: Rufat AkhmedŞərh: ÜssüasaaaSQFDFGHGGVFFAADSAA
  • Ad: TaciN TaciNŞərh: Xelilde Ayxanda icki icmiyen narkotik nedi bilmeyen adamlardi, InsAllah tezlikle azadliqlarina qovuwarlar.
  • Ad: NahidŞərh: Allah Dövlətimizi qorusun ,Polislərimiz sağolun.🙏🏻🙏🏻🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿
  • Ad: RƏVAN HÜSEYNOVŞərh: DİN BNMİ , DAXİLİ İŞLƏR NAZİRLİYİ! 💪👍🇦🇿❤️💪
  • Ad: Vuqar SəfərovŞərh: Haqsiz yere apardilar menim atamida. Allah belanizi versin. Eve pencereden girib 1ci qrup uwagi aparib doyubler ki atasi yalandan boynuna gotursun.
  • Ad: turkiye azerbaycan 2 qardaş ölkəŞərh: ALLAH SUBHAN TALA ölkəmizi millətimizi dövlətimizin hüquq muhafizə orqanlarını daxili işlər əməkdaşlarını qorusun
  • Ad: Denizler İmperatoru JANPOKUŞərh: Eşq olsun Azərbaycan polisinə 🥰😘
  • Ad: Xuraman HeyderovaŞərh: WER YIXILLAR
  • Ad: Zaur ŞiriyevŞərh: Yaşasın dövlətimiz.🙏🙏🙏👍👍👍
  • Ad: Teethless ManŞərh: YAŞASIN AZƏRBAYCAN POLİSİ EŞQ OLSUN!
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.