Xəbərlər

Binə qəsəbəsində 6 evdən oğurluq edən şəxs saxlanılıb

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxs saxlanılıb. Əməliyyat zamanı paytaxt sakini, əvvəllər məhkum olunmuş Taleh Muxtarov tutulub. Araşdırma zamanı onun Xəzər rayonunun Binə və digər qəsəbələrində 6 evdən pul, qızıl-zinət, məişət əşyaları, habelə velosipedlər oğurladığı məlum olub. Onun zərərçəkənlərə ümumilikdə 40 min manata yaxın maddi ziyan vurduğu məlum olub. Taleh Muxtarov izahatında paytaxtın Suraxanı və Sabunçu rayonlarında da evlərdən oğurluq etdiyini etiraf edib.

Qeyd edək ki, saxlanılan şəxs əldə etdiyi qızıl-zinət əşyalarını metronun “Neftçilər” stansiyasının yaxınlığındakı qızıl qəbulu mağazalarına satıb.

Faktlarla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Taleh Muxtarov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Taleh Muxtarovun paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və Nazirliyin “102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

  • Ad: Vəkil Vamiq ŞükürovŞərh: Hörmətli VIlayət müəllim, Mən məcbur qalıb dünən sizə facebook və instaqram səhifəsi vasitəsilə müraciət etmişəm. Müdafiəçisi olduğum, Suraxanı RPİ-nin İŞ-də müstəntiq Rüstəm Şıxəliyevə tərəfindən  barəsində istintaqı aparılan, hazırda Samux RPŞ-nin İQ-na göndərilən Məmmədov Elmin Vüqar oğluna dair cinayət işi üzrə hər hansı bir tədbir görülmədi və bu isə hüquqlarını müdafiə etdiyim şəxsin haqsız yerə azadlığının məhdudlaşması haqsız yerə davam edir. Bu məsələ ilə davam Sizə dəfələrlə müraciət etmişəm. Lakin heç bir tədbir görülməmişdir. Xahiş edirəm təcili tədbir görəsiniz.

    Əlaqə vasitəsi: 050 270 85 88. Vəkil Vamiq Şükürov
  • Ad: Mehdi HüseynovŞərh: Dayım gilin evinədə girmişdi bu. Televizor aparmışdı
  • Ad: Teethless ManŞərh: why i am here by the way hii :D
  • Ad: YPX GENERALŞərh: Baş Serjant 💪🏻
  • Ad: YPX GENERALŞərh: Yol Patrul Xidməti 🇦🇿
  • Ad: Rail BayramovŞərh: Allah Azərbaycan polisin qorusun amin
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.