Xəbərlər

Binə qəsəbəsində marketdən seyf oğurlayan şəxs saxlanılıb

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binə qəsəbəsində yerləşən marketlərdən birindən içərisində 9000 manat olan seyfi oğurlayan şəxs saxlanılıb. Əməliyyat zamanı paytaxt sakini Dilqəm Kamalzadə tutulub. Araşdırma zamanı məlum olub ki, bu şəxs seyfi oğurlayandan sonra Binə qəsəbəsində yaşadığı evə gətirərək gizlədib. Polislər tərəfindən seyf həmin ünvandan tapılaraq maddi sübut kimi götürülüb. D.Kamalzadənin törətdiyi oğurluq marketdə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. D.Kamalzadə barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Ad: YPX GENERALŞərh: Azərbaycan Polisi
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.