Xəbərlər

BMCMİ əməkdaşları silahlı şəxslərə qarşı əməliyyat keçirib

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları silahlı şəxslərə qarşı əməliyyat keçirib

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Belə ki, Baş İdarəyə əvvəllər məhkum olunmuş Samir Xəlilovun qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd AK-74 modelli “Kalaşnikov” avtomatı, həmin silaha məxsus 1 ədəd daraq və 37 ədəd patron aşkar olunaraq götürülüb.
Həyata keçirilən daha bir tədbir zamanı isə əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş İlkin Ağayev tutularaq Baş İdarəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Marqolin” markalı tapança və 44 ədəd həmin silaha aid patron aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Samir Xəlilov və İlkin Ağayev barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

  • Ad: Phil AnkesŞərh: Veten xaini. Kalashnikovu olan adam gerek Qarabag veterani olaydi.Eger muharibe istirakcisi deyilse ,omurluk ceza vermek lazimdir. Eger muharibeden gelerken hansi yollasa ogurlayibsa(meselen vurusarken yere basdirib ,sonra da gelib qazib cixarib) onda cezasini yungul edib terbiye meselesine kecmek lazimdir.Eger meqsedi silah alveriydise.Yoxsa cinayete hazirlasirdisa , belesini deyise bilmezsen, onda prokurorla raziyam, advokata ehtiyac qalmayib.
  • Ad: Akifli TogrulŞərh: Yaşasın Azerbaycan Polisi 🇦🇿🇦🇿🇦🇿
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.