Xəbərlər

Bölgələrdən Bakı şəhərinə vətəndaşların hərəkətinə şərait yaradan şəxs saxlanılıb

Xüsusi karantin qaydalarını pozaraq bölgələrdən Bakı şəhərinə vətəndaşların hərəkətinə şərait yaradan daha bir vəzifəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində Neftçala Rayon Mərkəzi Xəstəxanasının Xolqaraqaşlı kənd sahə xəstəxanasının baş həkimi Mahir Əhmədov tutulub.
Araşdırma zamanı müəyyən edilib ki, Mahir Əhmədov pul müqabilində karantin rejimi dövründə heç bir xəstəliyi olmadığı halda kənd sakini olan bir qadına Bakı şəhərində fəaliyyət göstərən Respublika Klinik Xəstəxanasında müayinədən keçməsinə dair saxta tibbi arayış verib. Bununla da saxlanılan şəxs həmin qadının karantin rejimi dövründə ölkə ərazisində sərbəst hərəkət etməsinə şərait yaradıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Mahir Əhmədovun karantin rejimi dövründə başqa şəxslərə bu tipli arayışlar satıb-satmadığı istintaq yolu ilə araşdırılır.

  • Ad: Sabir ElekberovŞərh: Bizim kəndin həkimidi gözəl insan təmanasız bir insan həkim heç kimdən pul götürmür o insan heyif Mahir həkim səndən ürəyi təmiz saf həkimimiz hətta mən deyərdim bu ölkədə hələ həkimlər onun kimi təmənnasız yardım etsinlər xəstələrə
  • Ad: Orxan MemmedovŞərh: Bu həkim çox təmənnasız, xeyirxah, insanlara yardım edən, təvəzökar bir həkimdir. Nəinki kənd əhalisindən, eləcə də bütöv bir Xol zonasının əhalisindən , xəstəxananın işçilərindən soruşulsa , inanmıram bu həkimə tamahkar, vəzifəsindən sui istifadə edən, insanlarla pis rəftar edən bir həkim olduğunu söyləsinlər.Əgər belə olsaydı, onun da müəyyən mal varlığı - Bakıda evi, həyətində 2ədəd qoyunu, heyvanı olardı .İnsanları tanımadan yarğılamayın.
  • Ad: İLYAS SEHRAN OĞLUŞərh: Mən bu həkimi taniyiram bu cox yaxşi insandi Allah köməyi olsun insanin başina nə gəlir ürəy təmizlikdən gəlir Allah pis adama lənət eləsin bidə xaiş olunur bilib bilmıdən artiq əksik yazmasin
  • Ad: Angel QasimovaŞərh: Niye ele deyirsiz ona qalsa hamsi edir bunu
  • Ad: Hərbiçi_ ýarıŞərh: Heyif həkimlik adından və sənətindən. Utanmırlar qəssablıq edilər. Dövlət xəstəxanasın ticarət mərkəzinə döndərmisiz.
  • Ad: Hərbiçi_ ýarıŞərh: Dərs götürmədin Telmandan?
  • Ad: Vusal BedelovŞərh: siz gorun bu Hekime oxwuyur wexsen men bu insani Hekime oxwatmiram alverciye oxwadiram menim kimi terevez satan oxwadiram
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.