Cıdır düzündən dünyaya səs salan həmyerlilərimiz – Baku TV
-
- Xeber
- 133 baxış
- 0 şərh
Cıdır düzündən dünyaya səs salan həmyerlilərimiz – Baku TV
İllərdir bu günü gözləyirdilər. Dünyanın dörd bir yanından axışan azərbaycanlılar arasında Şuşadan olanı da, laçınlısı da, Qubadlıda doğulanı da var. Sevincdən ağlayan kim, şükür duası oxuyan kim.
Azərbaycanın mədəniyyət paytaxtına səfərdə 24 ölkədən 72 nəfər iştirak edirdi.
“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfər Azərbaycan diaspor tarixinin ən böyük tədbirlərindən biridir.
Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı” bulağını, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər mühüm yerləri ziyarət etdilər.
Son nöqtə isə məhşur Cıdır düzü oldu. Meydanda “Xarı Bülbül” və digər eskizləri seyr edən vətən aşiqləri üçrəngli Azərbaycan bayrağını dalğalandırdılar.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend