Xəbərlər

Cinayətkarlıqla mübarizə və ictimai asayişin mühafizəsi etibarli təmin olunur

İyulun 9-da Daxili İşlər Nazirliyində 2021-ci ilin birinci yarısında fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında Kollegiya iclası keçirilib.

İclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov cənab Prezidentin sərəncamları ilə polisin və Daxili Qoşunların peşə bayramları ərəfəsində 26 əməkdaşın və 12 hərbi qulluqçunun dövlət mükafatlarına layiq görüldüyünü, rəhbər vəzifəli 4 əməkdaşa ali xüsusi rütbə verildiyini, həmçinin Vətən müharibəsində döyüş tapşırıqlarını yerinə yetirən 1690 hərbi qulluqçunun dövlət təltiflərinə, o cümlədən 4 nəfərə “Vətən müharibəsi qəhrəmanı” adının verildiyini, habelə xidmətdə fərqlənmiş yüzlərlə əməkdaşın və hərbi qulluqçunun mükafatlandırıldığını bildirib.

Hesabat məruzəsi ilə nazirin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov çıxış edib. Məruzə ətrafında çıxış edənlər Nazirliyin aparatının sturuktur qurumlarının və ərazi polis orqanlarının rəisləri görülmüş işlər, əldə olunmuş nəticələr, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə planlaşdırılan konkret tədbirlər barədə məlumat veriblər.

İclasa yekun vuran daxili işlər naziri Vilayət Eyvazov hesabat dövründə cinayətkarlığa qarşı mübarizədə, asayişin və daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş müsbət nəticələrin inkişaf etdirilməsini, şəxsi heyətin daha böyük əzmlə çalışmasını və əməkdaşların peşəkarlığının yüksəldilməsini hər bir polis orqanının rəhbərindən tələb edib. Ayrıca olaraq narkotiklərlə mübarizənin vəziyyətinə toxunan nazir V.Eyvazov son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirib. Eyni zamanda, vətəndaşlara müraciət edərək narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın bütün bəşəriyyəti narahat etdiyini, bu bəlaya qarşı mübarizənin Azərbaycanın hüquq mühafizə orqanlarının başlıca vəzifələrindən biri olduğunu, qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artması ilə bərabər ölkəyə gətirilməsinə edilən cəhdlərin çoxaldığını bildirib. Daxili İşlər Nazirliyinin bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvəndiyini, mediadan, sosial şəbəkələrin aktiv istifadəçilərindən, o cümlədən bloggerlərdən daha böyük fəallıq gözləntilərinin olduğunu, “Narkotiklərə yox!” devizinin hamılıqla dəstəklənəcəyinə inandığını qeyd edib. General-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarına göstərdiyi ali diqqətə, fəaliyyətinə verdiyi böyük dəyərə və etimadına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib.

  • Ad: Meliyke EliyevaŞərh: Etibarla!
  • Ad: Farid SharifovŞərh: 👍👍👏👏❤❤🇦🇿🇦🇿
  • Ad: Elmar HuseyinŞərh: Polis Dövletin Övladı Milletin Atası Ordunun Direyidi.
    Yaşasın Cenab Daxili İşler Nazirliyi ve Onun Tüm Heyyeti.
  • Ad: YPX GENERALŞərh: 💪🏻🇦🇿
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.