Xəbərlər

Çingiz Mustafayevi ölümdən qurtaran şəhidin ailəsi ilə bağlı film – “Yaşasın” | 19.12.2021

Azərbaycan Televiziyasında Birinci Qarabağ müharibəsində qəhrəmanlıqları ilə ad çıxarmış şəhid Çingiz Cəfərovun ailəsinə hər olunmuş film nümayiş olunub.

Ç.Cəfərovun ailəsi hazırda Şuşada yaşayır. Oğlu Emil Cəfərov Şuşada təmizlik, abadlaşdırma və quruculuq işləri ilə məşğuldur, xanımı Aybəniz Cəfərova isə oğlu və iş yoldaşları üçün könüllü aşpazlıq edir. “Yaşasın” adlı filmdə onların həyat hekayəsindən bəhs olunur.

Qeyd edək ki, Çingiz Cəfərov jurnalist Çingiz Mustafayevi Kərkicahan döyüşündə ölümdən xilas edib.

“Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin istehsalı olan sənədli filmin ssenari müəllifi və rejissoru Elvin Mirzəyev, operatorları Elşən Bədəlov və Elxan Rüstəmov, prodüseri Fatimə Əzimova, layihə rəhbəri isə Elçin Musaoğludur.

“Yaşasın” sənədli filmi dekabrın 19-da Azərbaycan Televiziyasında yayımlanıb.

Copyright © AZTV

YouTube kanalına abunə olun:

Facebook –
İnstagram –
Twitter –
Youtube –
Telegram:

Rəsmi sayt:
AZ
RU
EN

«Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-si ölkəmizin ən qocaman televiziya və radio qurumudur: Azərbaycan Radiosu 1926-cı il noyabrın 6-da, Azərbaycan televiziyası 1956-cı il fevralın 14-də yaradılıb.
Azərbaycan Televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. Bu BİRİNCİlik müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq şəkildə göstərib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Rövşən Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

#AZTV #AzərbaycanTeleviziyası

Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.