Daxili İşlər Nazirliyi şəhid anasının 28 illik həsrətinə son qoydu
-
- Xeber
- 48 baxış
- 0 şərh
Daxili İşlər Nazirliyinin “İnstagram” sosial şəbəkəsindəki rəsmi səhifəsinə Cəbrayıl rayon sakini olan şəhid anası Güldəstə Ağayevanın adından müraciət daxil olub. Müraciətdə şəhid anası oğlu Ramiz Ağayevin 1993-cü ilin avqust ayının 15-də Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olduğunu və onun Cəbrayılda dəfn olunduğunu qeyd edib. G.Ağayeva Cəbrayıl rayonu işğal olunandan sonra 28 ildir ki, doğma torpağını yenidən görmək və oğlunun məzarını ziyarət etmək həsrəti ilə yaşadığını bildirib. Güldəstə ana müraciətinin sonunda Nazirliyin rəhbərliyinin onun 84 yaşının olmasını nəzərə alaraq Cəbrayıl rayonuna səfər etməsinə icazə veilməsini xahiş edib.
Müraciət dərhal nazirliyin rəhbərliyinin nəzarətinə götürülərək əvvəlcə şəhid Ramiz Ağayevin Cəbrayıl rayonundakı məzarının tapılması təmin edilib. Şəhid məzarının və yerləşdiyi ərazinin minalardan təmizlənməsi üçün lazımı tərbirlər görülüb. Müvafiq təhlükəsizlik tədbirləri gözlənilməklə 23 aprel 2021-ci il tarixində Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Güldəstə ana və onun ailə üzvlərinin Cəbrayıl rayonuna səfəri təşkil edilib.