Xəbərlər

Daxili İşlər Nazirliyindən sürücülərə müraciət

Məlumat verildiyi kimi “Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq “Bakı Şəhər Halqası”nın keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti 31 may, gecə saat 01:00-dan etibarən 8 iyun, səhər saat 06:00-dək məhdudlaşdırılıb.

Məhdudiyyətin tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarının, həmçinin, nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsi məqsədi ilə yol polisləri gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.

Bir daha sürücülərdən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələrini, DYP əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmalarını tövsiyə edirik.

  • Ad: Aysun İsmayıllıŞərh: 💪💙❤💚🚔👮
  • Ad: Nicat NuriyevŞərh: YOLUNDA BƏZİ YERLƏRİNDƏ İŞARƏ POZULUB
  • Ad: milia020Şərh: 😌
  • Ad: Nurane QuliyevaŞərh: 👍🏻
  • Ad: YPX GENERALŞərh: 💪🏻🇦🇿
  • Ad: Rasim EliyevŞərh: 🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.