Xəbərlər

Daxili İşlər Nazirliyinin vətəndaşlara müraciəti

Daxili İşlər Nazirliyinin vətəndaşlara müraciəti

Əziz həmvətənlər!

Xəbər verildiyi kimi, 2021-ci il 31 may və 10 iyun tarixlərdən ölkəmizdə xüsusi karantin rejimi çərçivəsində tətbiq olunan məhdudiyyətlərin bir qisminin aradan qaldırılması barədə qərar qəbul edilib.

Bununla belə, mövcud yumşalma tədbirləri arxayınlıq hissi yaratmamalı, daha məsuliyyətli olmalı, koronavirus infeksiyasının doğurduğu təhlükə bir an belə unudulmamalıdır. Hər zaman özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalı, böyük və gərgin fəaliyyət nəticəsində yoluxmaların dinamikasında əldə edilmiş müsbət təmayül möhkəmləndirilməli və inkişaf etdirilməlidir.

İyun ayı ərzində Bakı şəhərində keçiriləcək iki beynəlxalq idman tədbirinin azarkeşləri də xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməlidirlər.

Xatırladırıq ki, qapalı məkanlarda, o cümlədən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan istifadə etmək, açıq havada istirahət zamanı, çimərliklərdə olarkən sosial məsafə saxlamaq, ümumən karantin rejimi dövrü üçün qüvvədə olan qaydalara əməl etmək mütləq və vacibdir. Bütün qabaqlayıcı tədbirlər sağlamlığınızın qorunmasına xidmət edir. Biz amansız virusa yalnız birlikdə, qaydalara riayət etməklə qalib gələ bilərik.

  • Ad: POLİS_KAPİTANI ZrFŞərh: Xahiş edirəm mənə kömək edin cənab nazir işimə doğru düzgün baxılmır
  • Ad: Rehman TaqiyevŞərh: 👍👍👍🤲🤲🤲👏👏👏
  • Ad: Farid SharifovŞərh: Hər Kəs Qaydalara Əməl Etsin.Çox Saqolun Ağgül Xanım.Hər Zaman Varolun.Allah Sizi Qorusun Ağgül Xanım🇦🇿🇦🇿🇦🇿🇦🇿👍👍👍👍👏👏👏👏Hörmətlə Fərid Şərifov
  • Ad: Bilal NuriyevŞərh: QAYDALARI POZMUYAQ💙🇦🇿
  • Ad: YPX GENERALŞərh: 💪🏻🇦🇿 Hər kəs qaydalara əməl etsin.
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.