Deputatın döydüyü polisin ailəsi Baku TV-yə danışdı
-
- Xeber
- 50 baxış
- 0 şərh
Deputatın döydüyü polisin ailəsi Baku TV-yə danışdı
Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun polis əməkdaşını döyməsi xəbəri rəsmən təsdiq olundu.
Baku TV-nin əməkdaşları döyülən polis Zaur Mirzəyevin yaşadığı ünvana yollanıb.
Polisin qardaşı Rüfət Mirzəyev hadisə ilə bağlı araşdırma aparıldığını, bu səbəbdən də ətraflı məlumat verə bilməyəcəyini bildirib.
Zaur Mirzəyevin atası da hadisə ilə bağlı danışmayıb, sadəcə oğlunun vəziyyətinin yaxşı olduğunu bildirib.
Əldə etdiyimiz məlumata əsasən, hadisə Xaçmazın Bakı prospektində, “Starıy Dvor” adlı restoranda baş verib. Burada millət vəkili ilə polis arasında düşən mübahisə sonda polisin döyülməsi ilə nəticələnib.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend