Xəbərlər

DİN pirotexniki məmulatların satışını təşkil edən şəxslərə xəbərdarlıq edir

DİN pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı məmulatların satışını təşkil edən şəxslərə xəbərdarlıq edir
Polis əməkdaşları tərəfindən əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində silsilə tədbirlər davam etdirilir. Növbəti belə tədbir Xırdalan şəhərində keçirilib. Şəhər ərazisindəki ticarət mərkəzlərinin birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışının təşkil edən Habil Babayev Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxsə məxsus ticarət mərkəzində yerləşən mağazaya baxış keçirilən zamanı külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində pirotexniki vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Habil Babayev barəsində Abşeron RPİ-də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiala müvafiq qərar verilməsi üçün məhkəməyə göndərilib.
Daxili İşlər Nazirliyi əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar edildikləri təqdirdə onlar barəsində ciddi intizam tədbirləri həyata keçiriləcəkdir.

  • Ad: Vəkil Vamiq ŞükürovŞərh: Mən Bakı şəhərində yerləşən Femida Vəkil Bürosunun vəkili olaraq Xaçmaz RPŞ-nin İstintaq qrupuna gedərkən Nasosnu qəsəbəsində Bakı-Quba yolunda qurulmuş postda qanunsuz olaraq məni Xaçmaz  şəhərinə getməyə qoymadılar. Halbuki Nazirlər Kabinetinin qərarına əsasən xidməti vəsiqəni təqdim edərək ölkə ərazisində sərbəst hərəkət etmək hüququm vardır. Bunları polis əməkdaşlarına bildirsəm də heç bir faydası olmadı. Dəfələrlə 102 xidmətinə zəng etdim, lakin mənə qanunsuzluğun aradan qaldırılmasında heç bir köməklik olunmadı. Bu postun rəhbərini belə tapa bilmədilər. Sıravi polis nəfərinə (yolda birbaşa buraxılışa nəzarət edirdi) 102 xidmətindən onunla danışmaq istədiklərini bildirsəm də, o danışmaqdan imtina etdi. Düz bir saatdı gözləyirəm. Xahiş edirəm mənim hüququmu bərpa edin və qanunsuz hərəkətlərə yol verən şəxsləri cəzalandırın. Əlaqə üçün:0502708588
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.