Dünyada ilk dəfə: Milyarder öz maşını ilə kosmosa getdi – Baku TV
-
- Xeber
- 145 baxış
- 0 şərh
Dünyada ilk dəfə: Milyarder öz maşını ilə kosmosa getdi – Baku TV
“Virgin” şirkətlər qrupunun qurucusu olan milyarder Riçard Branson beş nəfərlik heyətlə kosmosa səyahət edib.
Bu barədə milyarderin tvitter hesabında məlumat paylaşılıb.
Gəmi daşıyıcı təyyarədən ayrıldıqdan sonra sərbəst şəkildə bir neçə dəqiqəyə 80 kilometrdən çox yüksəkliyə qalxıb. Bundan sonra cihaz enməyə başlayıb və tezliklə ABŞ-ın Nyu-Meksiko ştatında xüsusi kosmodromun ərazisinə enib.
Bu, kosmik gəminin ilk tam yüklü sınaq uçuşu idi. Beləliklə, şirkətin yetmiş yaşlı qurucusu cihazı sınaqdan keçirmək və xidmətinin insanları orbitə təhlükəsiz şəkildə çatdırdığını dünyaya nümayiş etdirmək niyyətini həyata keçirdi.
Riçard Branson bununla da uşaqlıq xəyalını gerçəkləşdirdiyini bildirib.
Kosmik gəmi istehsalçısı və kosmos turizmi şirkəti “Virgin Galactic”in məqsədi 2023-cü ildən başlayaraq hər il 100 uçuş həyata keçirməkdir.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend