Erməni casusların məhkəmə prosesi keçirilib – Baku TV
-
- Xeber
- 118 baxış
- 0 şərh
Erməni casusların məhkəmə prosesi keçirilib – Baku TV
Vaxt var idi, Vətən müharibəsinin gedişatında Kəlbəcərin İstisuyunda dincəlib, tezliklə Bakıya gələrək Xəzərdə üzəcəyini deyir, sosial şəbəkələrdə uşaq bezi şəkilləri paylaşaraq Azərbaycan xalqı və ordusunun ünvanına nalayiq ifadələr səsləndirirdilər. Hadisələr elə dövran elədi ki, bu hərəkətləri edən Davit Davtyan və Gevorg Sujyan həqiqətən də Bakıya gəlməyə nail oldular. Lakin dənizdə üzməyə yox, Xəzərdən elə də uzaq olmayan Bakı Ağır Cinayətlər Məhkəməsində qanun qarşısında cavab verməyə. Yəqin, taleyin ironiyasıdır ki, paylaşdıqları uşaq bezləri də indi elə onların özlərinə lazımdır.
Casusluq və digər cinayətlərdə ittiham olunan bu şəxslərin cinayət işi üzrə məhkəmə iclası baş tutdu. Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirildi.
Proses zamanı təqsirləndirilən şəxslərə hüquqları izah edildi. Onlar dövlət hesabına vəkillə və tərcüməçi ilə təmin ediliblər.
Qeyd edək ki, Davit Davtyan və Gevorg Sujyan Cinayət Məcəlləsinin qanunsuz silah saxlama, casusluq, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma və qanunsuz dövlət sərhədini keçmə maddələri ilə ittiham olunurlar.
Növbəti məhkəmə iclası iyulun 26-da baş tutacaq.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend