Erməni hərbi əsir hakim qarşısında nələr danışdı? – Baku TV
-
- Xeber
- 125 baxış
- 0 şərh
Erməni hərbi əsir hakim qarşısında nələr danışdı? – Baku TV
Yasamal Rayon Məhkəməsində Birinci Qarabağ müharibəsində azərbaycanlılara işgəncə verən erməni yaraqlıları – Lüdviq Mkrtiçyan və Alyoşa Xosrovyanın növbəti məhkəmə prosesi baş tutub.
Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslərin ifadəsi dinlənilib.
90-cı illərdə Qarabağ ərazisində əsir götürülən zərərçəkmiş Elşən İslamov hakim qarşısında Mkrtiçyan və Xosrovyanın törətdiyi vəhşiliklərdən danışdı.
1992-ci ildə könüllü olaraq müharibəyə yollanan, bir il sonra – 1993-cü il sentyabrın 26-da mühasirəyə düşərək əsir götürülən Elman Hacıyev əsirlikdə amansızca döyülməsindən danışıb.
Bildirib ki, ermənilər onları Ağdam və Cəbrayılda aparılan söküntülərdə iştirak etməyə məcbur ediblər.
Zərərçəkmişlərin dindirilməsindən sonra məhkəmə təqsirləndirilənlərə söz verib.
Mkrtiçyan danışmaq istəməsə də, Xosrovyan dövlət ittihamçısının ünvanladığı suallara cavab verdi.
Lüdviq Mkrtiçyanı tanımadığını deyən Xosrovyan özünü qismən təqsirili bildiyini və Cəbrayılda ələ keçərkən idarə etdiyi avtomobildən çıxan silahın ona məxsus olmadığını bildirib.
Azərbaycanlı əsirlərə işgəncə verən və digər cinayətlər törədən erməni yaraqlıları Lüdviq Mkrtiçyan və Alyoşa Xosrovyanın cinayət işi üzrə növbəti məhkəmə prosesi iyunun 30-da davam etdiriləcək.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend