Ermənilər rusiyalı deputata irad tutdular – Baku TV
-
- Xeber
- 113 baxış
- 0 şərh
Ermənilər rusiyalı deputata irad tutdular – Baku TV
Rusiyalı deputatın “Zəngəzur dəhlizinin” açılmalı olduğu qeyd edilən üçtərəfli bəyanatdan danışması, eyni zamanda Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) haray-həşirini tənqid etməsi barədə müsahibəsi erməni mediasını bir-birinə vurub.
Belə ki, Rusiya Dövlət Dumasında komitə sədri Leonid Kalaşnikov “Svobodnaya Pressa” qəzetinə verdiyi müsahibəsində “Zəngəzur dəhlizi” nin yaradılmasının Azərbaycan, Ermənistan və Rusiya liderləri arasındakı üçtərəfli razılaşma ilə təmin edildiyini bildirib.
Lakin onun bu açıqlaması danışıqlar aparmaq qabliyyəti olmayan erməniləri, əksinə, qəzəbləndirib. Çünki ermənilər hələ də regiondakı reallığı həzm edə bilmir.
“Bir məsələdə haqlısınız, İrəvanın KTMT-ni cəlb etməsi mənasızdır. Sərhəd pozuntusu olmadığına görə yox, KTMT dəyərsiz və bacarıqsız struktur olduğu üçün”, – yazaraq erməni mediası rusiyalı deputata əks-reaksiya verib.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend