Ermənilər Xocavənd və Cəbrayıl rayonlarında ağaclara mina asıb – Baku TV
-
- Xeber
- 151 baxış
- 0 şərh
Ermənilər Xocavənd və Cəbrayıl rayonlarında ağaclara mina asıb – Baku TV
İşğaldan azad olunan Cəbrayıl rayonundan yeni görüntülər yayımlanıb.
Belə ki, işğaldan əvvəlki dövrdə Füzuli-Zəngilan dəmir yolunun keçdiyi ərazi ermənilərin işğalı dönəmində minalarla doldurulub və dəmir yolunun relsləri sökülüb.
Bu barədə “Caliber” məlumat yayıb.
Görüntülərdə minatəmizləmə qruplarının həmin ərazidən minaları taparaq zərərsizləşdirdirməsi yer alıb.
Daha dəhşətli mənzərə isə işğaldan azad olunan Xocavənd rayonundandır.
Ağaclardan asılmış “ölüm meyvələri” bir daha erməni vandallarının necə dəhşətli terror aktları planlaşdırdığının bariz sübutudur.
Qəlpəli MON-100 piyada əlehinə minalar uzaqdan cərəyanla idarəetmə xüsusiyyətinə malikdir. Xüsusi şəkildə 2 kiloqrama yaxın partlayıcı maddə ilə təchiz olunmuş minalar basdırıldığı yerdə partlayarsa, 150-160 metrlik ərazidə canlıları məhvetmə qabiliyyətinə malikdir. Polad silindrlər şəklində və yarım konus formasında hazırlanan bu partlayıcı qurğular partlayış zamanı 10 nəfərdən 9-nu öldürə bilir.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend