Ermənilərin yeni ərazi iddiası – Baku TV
-
- Xeber
- 167 baxış
- 0 şərh
Ermənilərin yeni ərazi iddiası – Baku TV
Utanmasan, oynamağa nə var ki? Bu misalı dünyada özlərinə yer tapa bilməyən, daim başqa dövlətlərin torpaqlarında gözü olan ermənilərə aid etmək olar. Öncə Azərbaycanın tarixi torpağı Qarabağa, sonra Rusiyanın Rostov vilayəti, Krasnodar və Stavropol diyarına, ardınca Gürcüstanın Samçxe-Cavaxetiya bölgəsinə və həmçinin Abxaziyanın Qaqra şəhərinə göz dikən ermənilər, indi də tanınmamış Pridnestrov Moldaviya Respublikasının Qriqoriopol şəhərinə tamah salıblar.
“Pridnestrov şəhərlərdən biri Qriqoriopol erməni köçkünləri tərəfindən qurulub və şəhərin adı Ermənistanın dini xadimi Qriqorinin şərəfinə adlandırılıb” yazaraq buranın da təməlində “zəhmət”lərinin olduğunu iddia edirlər. Bəs bu belədirmi?
Ermənilərin iddiasının əsl mahiyyətini öyrənmək üçün rusiyalı ekspert Tatyana Poloskovaya müraciət etdik.
O, məsələyə belə münasibət bildirdi:
“Ermənilər orada 1792-ci ildə meydana çıxıblar. Bu torpaqlarda əvvəllər türklər və moldavalılar yaşayıblar. Bir vaxtlar litvalılar da orada olublar. Buna görə ermənilər oraya yalnız 1792-ci ildə II Yekaterinanın oradakı erməni köçkünlərini Türkiyə ərazisindən köçürmək qərarından sonra gəliblər. Yəni, əslində onlara sadəcə yaşamaq üçün yer verilib. Həmişə olduğu kimi. Qriqoriopol şəhərinin adının necə yaranmasına gəldikdə isə şəhərin Knyaz Qriqori Potyomkinin adını alması barədə rəsmi versiya var. Ümumiyyətlə, tarixdən bildiyimiz kimi, II Yekaterina sevimli komandiri Knyaz Qriqori Potyomkinin şərəfinə şəhərlərin adını verməyi çox sevirdi. Bu, əsas versiyadır. Ermənilərin tirajladığı ikinci versiya isə şəhərin erməni maarifçinin adını almasıdır. Lakin erməni saytlarında da bu şəhər Qriqorinin şəhəri olduğu qeyd edilir. Yəni hətta erməni tərəfi də Knyaz Potyomkinin bu prosesdə iştirakını inkar etmir. Ermənilər say baxımından bu ərazidə heç vaxt nəinki əsas, heç ilk beşliyə belə daxil olmayıblar. II Yekaterina onlara şərait və yaşamaq imkanları verib. Orada ermənilər həmişə ticarətlə dolanıblar”.
Qeyd edək ki, son statistikaya əsasən, Qriqoriopol şəhərinin 10 mindən artıq əhalisi var və orada yaşayan ermənilərin sayı 200 nəfərdən azdır.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend