Ermənistanda döyüşən diversantın məhkəmədə etirafları – Baku TV
-
- Xeber
- 152 baxış
- 0 şərh
Ermənistanda döyüşən diversantın məhkəmədə etirafları – Baku TV
Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunan Rusiya vətəndaşı Eduard Dubakovun cinayət işi üzrə məhkəmə iclası baş tutub.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
İttihama görə, təqsirləndirilən şəxs Azərbaycan ərazisinə qanunsuz gələrək Kəlbəcərdə hərbi təlimlərdə iştirak edib. Daha sonra bu il yanvarın 14-də terror-təxribat törətmək məqsədilə Türkiyədən Bakıya gəlib.
Hakim elan edib ki, verilən ittihamlar məhkəmə dövründə sübuta yetiriləcəyi təqdirdə Dubakov 8 ildən 15 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli bilib. Atasının Bakıda doğulan erməni olduğunu bildirən Dubakov Xankəndi və Əsgəranda qohumlarının yaşadığını, onlarla münasibətlərinin olduğunu və əlaqə saxladığını bildirib. O, bir neçə dəfə həmin ərazilərdə olduğunu da etiraf edib.
Qeyd edək ki, növbəti məhkəmə prosesi iyulun 7-də baş tutacaq.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend