Xəbərlər

Ətraf mühitin mühafizəsi və sağlamlaşdırılması polisin də diqqət mərkəzindədir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ekoloji mühitin, xüsusən yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin formalaşmış ənənəyə uyğun olaraq, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Daxili İşlər Naziriyinin əməkdaşları mayın 8-də Suraxanı rayonu ərazisindəki yaşıllıq massivində növbəti ağacəkmə kampaniyası keçiriblər.

Polis əməkdaşları boş qalmış, əkin üçün yararsız ərazidə abadlıq və təmizləmə işləri aparıblar. Sonra yerli iqlimə uyğunlaşdırılmış şam və zeytun tinglərini xüsusi aqrotexniki qaydada qazılmış yerlərdə əkib, onların suvarılmasını təmin ediblər. Tinglərin küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırıblar.

Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcəkdir.

  • Ad: Hezra HazretKŞərh: 🇦🇿👮🏻‍♂️👍🏻
  • Ad: Ramin KamilovŞərh: Allah sizi qorusun Amin
  • Ad: YPX GENERALŞərh: Azərbaycan Polisi 🇦🇿
  • Ad: YPX GENERALŞərh: Yol Polisləri olsaydı, biz də gedərdik təbiətimizi gözəlləşdirməyə.
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.