FHN-nin qardaş ölkəyə ezam olunan əməkdaşları ilə bağlı açıqlaması – Baku TV
-
- Xeber
- 118 baxış
- 0 şərh
FHN-nin qardaş ölkəyə ezam olunan əməkdaşları ilə bağlı açıqlaması – Baku TV
Türkiyədə davam edən yanğınlarda Azərbaycandan gedən Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarından bir nəfərin həlak olması ilə bağlı bəzi sosial şəbəkələrdə yayılan məlumatlar yalandır və heç bir həqiqəti əks etdirmir.
Bu barədə FHN-dən açıqlama verilib.
Məumatda qeyd olunub ki, qardaş ölkəyə yollanan Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları arasında xəsarət alan və ya həlak olan olmayıb. Hazırda yanğınsöndürənlərimiz fəaliyyətlərini davam etdirirlər.
Nazirlik bir daha jurnalistlərə və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bu cür məlumatları yaymazdan əvvəl rəsmi qurumla dəqiqləşdirmə aparmalarını xahiş edib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin göstərişinə uyğun olaraq qardaş ölkəyə yollanan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının qarşısının alınması istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend