Kateqoriyasız

Fransa milli assambleyasının nümayəndə heyəti Ağdama səfər edib – Baku TV

Fransa milli assambleyasının nümayəndə heyəti Ağdama səfər edib – Baku TV

İşğaldan azad edilən Ağdama səfər edən Fransa Milli Assambleyasının nümayəndə heyəti ermənilərin törətdikləri vəhşiliklərlə tanış olub.

Nümayəndə heyətinə Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi, eləcə də həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən biri olub. Lakin indi erməni vəhşiliyi səbəbindən Ağdamın yerində viranəyə çevrilən xarabalıqlar qalıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan Ordusunun ötən ilin payızında 44 günlük müharibədə qazandığı zəfər nəticəsində Ağdam da işğaldan azad edilib. İndi Ağdamın yeni bərpa-quruculuq dövrü başlayıb. Hazırda şəhərin Baş Planına əsasən Ağdamın ərazisi 1750, şəhərətrafı bağlar isə 2450 hektar olacaq. Burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq. Şəhərdə 15 məktəb və uşaq bağçasının inşası nəzərdə tutulub. Məktəb və uşaq bağçalarının əhatə dairəsi 500 metr təşkil edir.

Nümayəndə heyəti stendlərdə Ağdam şəhərinin yaşayış binaları, şəhərətrafı obyektlər, yol-nəqliyyat infrastrukturunun layihələri ilə tanış olublar.

Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.

Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.

Facebookda səhifəmiz:

Kanalda bütün müəllif hüquqları qorunur.

#BakuTv #Azerbaycan #trend

  • Ad: Ilhamla ireli 🥰Şərh: Faransa💓 azerbaycan .
  • Ad: No NameŞərh: Францах - тридцать лет грабили чужие земли земли и вы спакойна сматрели со стороны. В минской группе дормаедов...
  • Ad: Malik QuliyevŞərh: Bunlari goren fransizlarin Azerbaycan haggindaki fikirleri musbet terefe deyiwecekmi??? Nece ki ermenilere inanmiram elece de fransizlara inanmiram bunlarda vicdan deyilen anlayiw yoxdu 99.9 faizinde.
  • Ad: Sahile HesenovaŞərh: Noldu fransa bəs getmiyəcəkdin qarabağa . )))))
  • Ad: Ferrux ElekberovŞərh: Niye biraxursuz olari duwmenimiz dostlardi bular
  • Ad: əhməd isayevŞərh: Onların frantsuskiy eliyib buraxmağa lazımdır ki birdə gələt eliyib bura glməsinlər
  • Ad: Guntyueriel CefyuyuerovŞərh: Nə baş verir?Fransa Ağdama da
  • Ad: Ramil YusubovŞərh: Şuşaya niyə getmiyiblər bura gəliblər...mundar millət
  • Ad: Mardan Yusifov89Şərh: Faransa ve başka şirketler cerime odemeli bizm torpaxdan qanunsuz gelir elde etdiklerine gore
  • Ad: Mardan Yusifov89Şərh: Paxilar şuşaya niye getmir xayin iki yox 10 uzlu firasizlar
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.