General Rövşən Əkbərov məhkəmədə ifadə verməkdən imtina edib – Baku TV
-
- Xeber
- 87 baxış
- 0 şərh
General Rövşən Əkbərov məhkəmədə ifadə verməkdən imtina edib – Baku TV
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
İttihama əsasən, Rövşən Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilən zaman mayın 31-i gecə 3-4 radələrində Kiyev şəhərində tanışı Elçin Əliyevi qətlə yetirib, Məzahir Şıxaliyevi isə yumruqla vurub.
İttihama münasibət bildirən Rövşən Əkbərov özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, qətl hadisəsinin ona heç bir adiyyəti yoxdur. İttihamda yazılanlar sanki bir filmdir.
Məhkəmə təqsirləndirilən şəxsə ifadə vermək təklifi etsə də, o, hazırkı mərhələdə ifadə verməkdən imtina edib.
Qətlə yetirilən Elçin Əliyevin atası Fədai Əliyev də ifadə verib.
Məhkəmənin növbəti iclası avqustun 25-nə təyin edilib.
Qeyd edək ki, Rövşən Əkbərova Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və xuliqanlıq maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend