Güclü yağış və külək fəsadlar törədib – Baku TV
-
- Xeber
- 159 baxış
- 0 şərh
Güclü yağış və külək fəsadlar törədib – Baku TV
Axşam saatlarından başlayaraq aramsız yağan yağış və güclü külək qərb bölgəsində ciddi fəsadlar törədib.
Görüntülər Goranboyun Aşağı Ağcakənd qəsəbəsindəndir. Sel suları bir neçə kəndin ərazisində yollara, təsərrüfata, əkin sahələrinə ciddi ziyan vurub.
Təbiət hadisəsi zamanı Yeganə Həsanovanın yaşadığı evin həyətinə su dolub. Qadına məxsus bir neçə ev quşu tələf olub. Qəsəbə sakinlərindən birinə məxsus evin daş hasarı da uçub.
Lilli, palçıqlı sel suları qəsəbənin avtomobil yollarını və səkilərini də yararsız hala salıb.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend