Hava haqqında XƏBƏRDARLIQ – Baku TV
-
- Xeber
- 65 baxış
- 0 şərh
Hava haqqında XƏBƏRDARLIQ – Baku TV
İyulun 27-də səhər saatlarından başlayaraq havanın dəyişəcəyi, yağış yağacağı ehtimal olunur.
Milli Hidrometeorologiya Xidməti qarşıdakı günlərdə havanın sərin keçəcəyi ilə bağlı məlumat verib:
“Bakıda və Abşeron yarımadasında iyulun 27-si axşam və 28-də şimal-qərb küləyinin güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Azərbaycanın rayonlarında da iyulun 27-si axşam respublikanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimal olunur. Gözlənilən intensiv yağışla əlaqədar bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var”.
Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə xəbərdarlıq edib.
Bildirilib ki, güclü küləkli havada dənizə girmək olduqca təhlükəlidir. Həmçinin güclü külək zamanı, xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına riayət olunmalıdır.
Qeyd edək ki, əlverişsiz hava şəraiti iyulun 29-dək davam edəcək.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend