Xəbərlər

Kinomən – İlqar Fəhmi 20.11.2021

Aparıcı: Anar Vəliyev
Qonaq : İlqar Fəhmi / Yazıçı, Şair, Kinodramaturq

Bizim Kanallar :

Xəzər Media ►
Xəzər Music ►
Xəzər Film ►
Xəzər Xəbər ►
Dalğa TV ►
Telegram Kanalımız ►

#xezermedia #xezertv #kinomen

  • Ad: Vuqar MustafayevŞərh: Yavər Rzayevi və ya Rasim Balayevi dəvət edin
  • Ad: Səbuhi ƏsədliŞərh: İlqar Fəhmi

    Doğum tarixi: 18.08.1975

    İlqar Fəhmi (İlqar Paşayev Əli-Abbas oğlu) Bakının Zirə kəndində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb (1992-1996). 1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. “Axırıncı qatar” (“İtlər”) pyesi Cənnət Səlimova tərəfindən səhnələşdirilib (2002), şeirlərinə musiqilər bəstələnib. “Sənli sözüm gəldi sənə”, “Ölüm gözəldi, yoxsa sən?”, şeirləri, “Çənlibel tülküsü”, “Qarğa yuvası”, “Kölgəboğanlar”, “Akvarium”, “Aktrisa” romanları, “Karmen” povesti, “Bakı tarixindən kollaj” bədii-publisistik kitabı əsərlərindən bəziləridir. Əsərləri müxtəlif xarici ölkələrdə nəşr edilib. Gənclər, İdman və Turizm nazirliyinin “İlin ən yaxşı gənc şairi” mükafatına (2003), “Rəsul Rza” ədəbi mükafatına (2007), “Debütlərin birliyi” Beynəlxalq mükafatının “Poetik ifadənin sanbalına görə” xüsusi diplomuna (2008), "Humay" mükafatına (2011) layiq görülüb. Uzun illər “Ulduz” jurnalında işləyib. Bir müddət Xəzər Universitetində "Creative Writing" (Yaradıcı yazı) fənnindən dərs deyib. Azərbaycan televiziyasında yayımlanan "Məclisi-Üns" ədəbi verilişinin aparıcı-redaktorudur. Hazırda Azərbaycan Yazıçılar Birliyinin (AYB) Yaradıcılıq məsələləri üzrə katibidir.

    Filmoqrafiya:
    Məcnunlar (2007, qısametrajlı bədii film) – ssenari müəllifi
    Sirat körpüsü (2007, tammetrajlı bədii film) – ssenari müəllifi
    100000 AZN (2009, tammetrajlı bədii film) - ssenari müəllifi
    Qaydasız döyüş (2009, bədii serial) – ssenari müəllifi
    Ölüm növbəsi (2009, tammetrajlı bədii film) – ssenari müəllifi
    Aktrisa (2011, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
    Hörümçək toru (2011-2012, bədii serial) – ssenari müəllifi
    Dərvişin qeydləri (2013, tammetrajlı bədii film) – ssenari müəllifi
    Çaqqal nəfəsi (2013-2014, bədii serial) – ssenari müəllifi
    Axırıncı dayanacaq (2014, tammetrajlı bədii film) – ssenari müəllifi, mahnı mətni müəllifi
    Qurbağa (2014, qısametrajlı bədii film) – ssenari müəllifi
    100 kağız (2015, tammetrajlı bədii film) – redaktor
    Bakı gecələri (2015, qısametrajlı bədii film, kinoalmanax) – ssenari müəllifi
    Gecə qonağı (2015, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
    Dəfnə ağacı (2016, bədii serial) – əsərindən istifadə olunub, redaktor
    Qayıdış (V) (2016, tammetrajlı bədii film) – ssenari müəllifi
    Günəşim ol (2016-2017, bədii serial) – əsərindən istifadə olunub
    Gecə qonağı 2 (2017, tammetrajlı bədii film) – əsərindən istifadə olunub
    Laləli saray (2017-2018, bədii serial) – əsərindən istifadə olunub
    Əlvida, Şmidt (2019, tammetrajlı bədii film) – redaktor
    İdarə (2020, bədii serial) – ssenari müəllifi
    Xurmalar saralanda (2020, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
    Bir qadın (2019-..., bədii serial) – baş redaktor
  • Ad: Nigar SafuraŞərh: Bu cür qonaqları dəvət etmək lazımdır. Yoxsa səriştəsiz insanları dəvət edirsiniz və onlar da gəlib ötürdükləri lüzumsuz və faydasız informasiyalarla zamanı doldurub gedirlər. Veriliş bu cür qonaqlarla zamanımızı daha da dəyərləndirən mühazirə "dadında" olmalıdır.
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.