Kür adalarında 21 ton çətənə kolu aşkarlandı – Baku TV
-
- Xeber
- 137 baxış
- 0 şərh
Kür adalarında 21 ton çətənə kolu aşkarlandı – Baku TV
Kür çayının Ağdaş rayonundan keçən hissəsindəki adalarda külli miqdarda çətənə kolunun yetişdirilməsi müəyyən edilib.
Rayonun Pirəzə kəndi ərazisindən keçən hissəsində yerləşən adada Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyat zamanı yaş kütləsi 12 ton 270 kiloqram olan ümumilikdə 8227 ədəd çətənə kolu, aqrotexniki qulluq vasitələri, 3 ədəd elektrik generatoru, narkotik tərkibli bitkilərin suvarılmasında istifadə edilən 500 metr boru xətti, 10 kiloqram gübrə, həmçinin iş üçün əhəmiyyət kəsb edən diğər vasitələr aşkar olunaraq götürülüb.
Yaxınlıqda yerləşən digər adadan isə kütləsi 8 ton 650 kiloqram olan 5780 ədəd çətənə kolu, həmçinin aqrotexniki qulluq vasitələri və digər ləvazimatlar aşkar olunaraq götürülüb.
Belə ki, şübhəli bilinən Nahid Babayev, Hümbət Əməliyev, Nurlan Əməliyev, Sahil Əməliyev, Yadulla Əliyev, Rahib Babayev, Şöhrət Musayev, Azad Məmmədov, Məmməd Eminov və Ədilxan Ədilov saxlanılıblar.
Bu şəxslərin üzərlərinə baxış zamanı əlavə olaraq qurudulmuş marixuana aşkar olunub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb və saxlanılan şəxslər tutularaq istintaqa cəlb olunublar.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend