Xəbərlər

Kürdəmirdə insanları təngə gətirən “zibil poliqonu” – Baku TV

Kürdəmirdə insanları təngə gətirən “zibil poliqonu” – Baku TV

Kürdəmirdə “zibil poliqonu”nun yaratdığı mənzərə sakinlərdə narahatlıq yaradır. Bununla bağlı onlar dəfələrlə aidiyyəti qurumlara məlumat versələr də, heç bir tədbir görülməyib.

Əsasən də yay aylarında yığılıb qalan zibilliyin naməlum şəxslər tərəfindən yandırılması və o yanğından qalxan tüstünün ətrafda yaratdığı antisanitar vəziyyət insanları təngə gətirib.

Hətta vəziyyət elə hala çatıb ki, bəzən yanğını söndürmək üçün əraziyə yanğınsöndürən maşınlar da çağırılır.

Məsələ ilə bağlı şəhər icra nümayəndəliyinin məsul şəxsi İlqar Salmanov müsahibəsində məsələdən xəbərdar olduğunu və mövcud problemlərin ən qısa zamanda aradan qalxacağını bildirib.

Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.

Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.

Facebookda səhifəmiz:

Kanalda bütün müəllif hüquqları qorunur.

#BakuTv #Azerbaycan #trend

  • Ad: Kürdəmir Rayon İcra HakimiyyətiŞərh: Qeyd etdiyiniz məsələ ilə əlaqədar olaraq bildiririk ki,hazırda rayonda havaların kəskin isti keçməsi ilə əlaqədar Kürdəmir şəhərinin zibillik yığılan poliqonunda yanğın hadisəsi baş vermis, yanğının qarşısı aidiyyatı qurum tərəfindən alınmış, şəhərin zibillik yığılan poliqonunun başqa yerə köçürülməsi istiqamətində müvafiq tədbirlər görülür.
  • Ad: Nizami AtamaliŞərh: Coxxx gozliyesuz icra numayendeleri bina baxmaq ücün
  • Ad: Руслан КисиловŞərh: Там надо завод построить и все !!??
  • Ad: R AŞərh: Yazık kömək edin
  • Ad: seymur askerovŞərh: dünyanın inkişaf eləmiş ölkələri zibildən də pul qazanır
  • Ad: BairamovaX08Şərh: apokalipsis filminden fraqmente oxsadi. ele bil dunyanin sonudu. zibilden basqa hecne qalmayib
  • Ad: Fətəli xan Xoyski 🇦🇿Şərh: Insan var atir elindekini yere indi onlara ne demeli ? Tehqir edek ? Ejjek tehqiren anlamaz meslehet verek yenede eyni şeydi ölkəmizi hindistana cevireceksiz dövlətində günahı var bakiya bağın iyrənc qoxular basıb məhələləri
  • Ad: Elchin AliyevŞərh: Yanan zibil yox,milyonlarıdı.
  • Ad: Bella NabievaŞərh: Сволочи до чего заворовалис, мусор не вывозят летом, в пандами. А куда смотрит санитарно эпидемиалогическая станция? Людей на улице штрафуют, а почему их не штрафуют за то что не вывозят мусор?
  • Ad: Cimnaz XudiyevaŞərh: Dəhşətdi,nəfəs almaq olmur,ekologiya naz.hara baxır?yandıran özləridir
  • Ad: Rauf GŞərh: Icra bashchisi belediyye ve jek mudurleri qoyundu ona göre bele olur. Qoyuna hörmetsizlik oldu. Neise.
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.