Xəbərlər

Kuznetsov Koçaryanın Xankəndi intriqasının məqsədini açıqladı – Baku TV

Oleq Kuznetsov Baku TV-yə Koçaryanın əsl məqsədini şərh etdi

İyunun 26-da Ermənistanın hökumət nümayəndə heyəti Moskvaya səfər edəcək.
Səfərin məqsədi isə Zəngəzurda Rusiya hərbi bazasının fəaliyyəti ilə bağlı məsələlərin müzakirə edilməsidir.

Rusiyalı siyasi şərhçi və tarixçi Oleq Kuznetsov Baku TV-nin Ermənistan və Xankəndidə baş verənlərlə bağlı suallarını cavablandırıb.

— Oleq Yuryeviç, Ermənistanda parlament seçkilərindən dərhal sonra Qarabağda, xüsusilə Xankəndidə yaşayan ermənilər meydana çıxıb, heç bir siyasi çəkisi olmayan Araik Arutyunyanın “istefa”sını tələb ediblər. Ermənistan kütləvi informasiya vasitələri bunu Arutyunyanın seçki günü ölkənin müvəqqəti baş naziri Nikol Paşinyanin ofisində olmasi ilə əlaqələndirir. Erməni mətbuatı yazıb ki, Paşinyan Arutyunyana maddi şirnikdirmə ilə yanaşı, mümkün olan bütün yollarla Xankəndidə Arutyunyana dəstək olan kütlə toplamağı məsləhət görüb. Sizcə, bu mitinqlərin əsl səbəbi nədir? Haradan və kim tərəfindən idarə edilir? Xankəndidə keçirilən mitinqlər Nikol Paşinyana necə təsir edəcək?

— Arayik Arutyunyan Qarabağ klanı adlanan heç bir şeylə əlaqəsi olmayan biridir. Keçmiş hərbçilərdən deyil. O, heç vaxt Ermənistanın keçmiş prezidentləri Koçaryan və Sarkisyanla əlaqədə olmayıb. Arutyunyan sadəcə Qarabağ biznesinin nümayəndəsidir. Şərab istehsalında və şərab ticarətində özünə milyon dollarlıq sərvət qazanan adamdır. Hər hansı hərbi əməliyyatdan uzaq biri. O, Qarabağ klanını əvəz etməyə gəlmişdi. Bu şəxs xüsusi piar rolu üçün seçilib. İrəvanla Xankəndi arasındakı münaqişəni siyasi mənada minimuma endirmək üçün gəlmişdi. Beləliklə, Paşinyana Ermənistanın Baş naziri vəzifəsində dəstək verməsə belə, ən azından onun planlarını həyata keçirməsinə mane olmamaq üçün seçilmişdi. Həm də Qarabağ ermənilərinin fəaliyyətini və onların ictimai-siyasi sahədə Ermənistanın daxili işlərinə təsir imkanlarını maksimum əngəlləmək üçün. Xankəndidəki mitinqlərin keçirilməsinin təşəbbüsü Qarabağı itirən Koçaryandan gəlir. Bu, Koçaryandan Paşinyanı bir növ vurmaq üçün gecikmiş qisasdır. Koçaryan bunu seçkidən sonrakı dövr, yəni Paşinyanın hökuməti qurması dövrünü çətinləşdirmək üçün edir.
— Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan bildirib ki, Zəngəzurun Qeqarkunik bölgəsində əlavə rus sərhədçilərin yerləşdirilməsi ilə bağlı Moskva ilə danışıqlar gedir, lakin son qərar hələ verilməyib. Qərarın verilməsi təkcə Ermənistan tərəfindən asılı deyil və qərar verildikdə şərtlər və texniki detallar dəqiqləşdiriləcək, daha sonra bu barədə məlumat açıqlanacaq. Daha sonra Baş nazirin müavini vəzifəsini icra edən Tiqran Avinyan da Gümrüdə jurnalistlərə bu haqda açıqlama verib. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bu məsələni şərh edərək deyib ki, artıq Zəngəzurda, Ermənistan-Azərbaycan sərhədindəki problemli ərazilərdə Rusiya sərhəd zastavaları var. Bununla əlaqədar gələcək addımlara gəlincə, gözləyək. Sualım belədir: Ermənistanın Baş Qərargahı nə etməyə çalışır? Nədən ehtiyat edir? Rus sərhədçiləri Qeqarkunikdə yerləşə bilərmi?

— Rusiyanın sərhəd xidməti Rusiya Müdafiə Nazirliyinə tabe deyil. Sərhəd xidməti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ayrılmaz hissəsidir və qurumlararası qarşılıqlı əlaqə olursa, bu təhlükəsizlik şurası səviyyəsində baş verir. Rus sərhədçilərindən Ermənistanın bəzi bölgələrində postlarını qurmaları üçün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkələrinin təhlükəsizlik şurasından xahiş etməlidir ki, Rusiyanın təhlükəsizlik şurasına müraciət etsin. Həqiqətən də belə təklif Moskvaya göndərilsəydi, Kreml və Rusiya Baş Qərargahı deyərdi ki, siz nə danışırsınız, departamentlə əlaqə saxlayın. Rusiya ilə Ermənistan arasındakı qarşılıqlı əlaqə iki xətt üzərində qurulub. Birincisi, KTMT vasitəsilə – bunlar silahlı qüvvələr. İkincisi, təhlükəsizlik şuralarının qarşılıqlı əlaqəsi sayəsində. Bunlar hüquq-mühafizə və xüsusi xidmət orqanlarıdır. Bu təklif də siyasi cəfəngiyyat və ordunun uğursuzluğa məhkum olan siyasi oyun cəhdidir.

Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.

Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.

Facebookda səhifəmiz:

Kanalda bütün müəllif hüquqları qorunur.

#BakuTv #Azerbaycan #trend

  • Ad: Sefeq CeferovaŞərh: Miletini qorumayan insan torpagl qoruya bilmez icimzde veten xayinleri neqeder varsa biz hemiwe ezilen milet olacaglg
  • Ad: Sefeq CeferovaŞərh: Getir ruslar getirib soxun gozunuze
  • Ad: Sefeq CeferovaŞərh: Gir bize ayd olan topaglmlz kimler qadl olsunlerde utanmaz ozun ayd ola torpagl isdenemekdi
  • Ad: Mirzayev AliŞərh: 👍👍🤘😊
  • Ad: Mustafayev RaufŞərh: Qarabağ Azərbaycandir.!!!
  • Ad: Rahim AliyevŞərh: Ay Baku TV bunu rus dilində verin ki, ruslarda görsünlər, eşitsinlər
  • Ad: Salman MusayevŞərh: Allah lənət eləsin rus, fransız, fars və erməni birliyinə, Qarabağ Azərbaycandı, eşq olsun Türkiyəyə,Pakistana və Azərbaycana
  • Ad: Sirac SiracŞərh: ❣️🇵🇰🇦🇿🇹🇷❣️👍💪
  • Ad: Sirac SiracŞərh: ,
  • Ad: Xanim İsmayilovaŞərh: Bizə nə rus ərməni lazfi
  • Ad: Həmdulla AllahverdizadəŞərh: Ay dığalar sizdə nə zaman kişilik olacaq? Sərhədinizi başqsları qoruyur.sixin danışmağa hakkınız yoxdu 🇦🇿🇹🇷
  • Ad: Bahar NamazovaŞərh: 🇦🇿🇦🇿🇦🇿
  • Ad: Азер АббасовŞərh: Rus ermənilərə dəstək verməklə ara qarışdırır.Kremli şovinizm üzərində qurulmuş siyasəti tez-gec öz başında çatlayacaq.
  • Ad: Postoronniy GrajdaninŞərh: Ivan, go home from Karabach!!!!
Cavab yaz

Your email adress will not be published ,Requied fileds are marked*.