Lənkəranda itkin düşmüş taksi sürücüsünün meyiti tapılıb – Baku TV
-
- Xeber
- 169 baxış
- 0 şərh
Lənkəranda itkin düşmüş taksi sürücüsünün meyiti tapılıb – Baku TV
Lənkəranda bir neçə gün öncə itkin düşən şəhər sakini İlham Cavadovun cəsədi Sütəmurdov kəndində yerləşən həyətyanı sahələrdən birində tapılıb.
Mərhumun meyiti basdırıldığı yerdən çıxarılaraq müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Digər bir məlumata görə, mərhumun “VAZ-21015” markalı avtomobili isə paytaxt ərazisindən tapılıb.
Artıq polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində bir nəfərin saxlanıldığı bildirilir. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, İlham Cavadov taksi fəaliyyəti ilə məşğul olub. 5 gün əvvəl şəxsi avtomobili ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Məsələ ilə bağlı mərhumun yaxınları Lənkəran Rayon Polis Şöbəsinə müraciət etmişdilər.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend